Bakıda özünü 19-cu mərtəbədən atan qadının kimliyi bilindi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda özünü 19-cu mərtəbədən atan qadının kimliyi bilindi – FOTO – VİDEO

11:30 - 14 / 12 / 2016
Bakıda özünü 19-cu mərtəbədən atan qadının kimliyi bilindi – FOTO – VİDEO

Dekabrın 10-da axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonunda - Bakıxanov qəsəbəsindəki "Uğur 2" yaşayış kompleksinin 19-cu mərtəbəsindən özünü atan qadının kimliyi müəyyənləşib.

1news.az lent.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində intihar edən şəxsin Sabunçu qəsəbəsinin sakini, 1953-cü il təvəllüdlü Belova Nadejda Nikolayevna olması bəlli olub.

Bildirilir ki, N.Belova həmin binada yaşamayıb. O, axşam saatlarında binaya daxil olaraq liftlə 19-cu mərtəbəyə qalxıb və burada dəhlizin pəncərəsindən özünü atıb. O, həyətdəki "KİA" markalı avtomobilin üstünə düşüb və yerindəcə keçinib. 19-cu mərtəbədən Nadejda Belovanın paltosu və ayaqqabıları tapılıb.

Araşdırmalar davam etdirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Bakıda dəhşətli intihar hadisəsi - Qadın özünü 19-cu mərtəbədən atdı – FOTO – VİDEO

FOTO – VİDEO: Criminal.az

Cəmil Abbasov

Paylaş:
26219

Son xəbərlər

Bütün xəbərlər