Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub - FOTO
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində dekabrın 15-də ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru, xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi təbabət sahəsində hazırkı əməkdaşlığın və perspektivlərin müzakirə olunduğu görüşdə Azərbaycan ilə ABŞ arasında Birgə Bioloji Əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib.
Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirib.
Əməkdaşlıq çərçivəsində keçirilən treninqlərin vacibliyindən danışan idarə rəisi biotəhlükəsizlik və biomüdafiə sahələrində də təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
1news.az