AZAL qiymətləri endirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL qiymətləri endirir

19:11 - 15 / 12 / 2016
AZAL qiymətləri endirir

“Azərbaycan Hava Yolları” (AZAL) Yeni il ərəfəsində yeni aksiya keçirir.

1news.az-ın məlumatına görə, Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə  uçuşlara 15 dekabr 2016-cı il tarixindən 15 yanvar 2017-ci il tarixinə kimi gediş-dönüş aviabileti alarkən 20 faizədək endirim tətbiq olunacaq:  London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Pekin, Dubay və Nyu-York. Uçuş tarixləri: 15 yanvar- 15 mart 2017-ci il.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdən əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:  http://bit.ly/milesreg_az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598 88 80; *8880

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

1news.az

 

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər