İraq vətəndaşı öz həmvətənlərini aldadaraq Azərbaycana göndərirmiş | 1news.az | Xəbərlər
Cəmiyyət

İraq vətəndaşı öz həmvətənlərini aldadaraq Azərbaycana göndərirmiş

23:12 - 15 / 12 / 2016
İraq vətəndaşı öz həmvətənlərini aldadaraq Azərbaycana göndərirmiş

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən cari ilin noyabr ayı ərzində qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

1news.az-ın DMX-yə istinadən verdiyi xəbərə görə, qanunsuz miqrasiyaya qarşı DMX tərəfindən keçirilmiş tədbirlər zamanı İraq vətəndaşı Ahmad Abdulhaq İsmael saxlanılıb.

Araşdırma zamanı A.İsmaelin İraq vətəndaşlarının təhsil adı altında xarici ölkələrə göndərilmələrini təşkil etdiyi məlum olub. Belə ki, A.İsmael İraqın Kərkük şəhərində fəaliyyət göstərən “Karkuk Center for Education Services” şirkətinə rəhbərlik etdiyi dövr ərzində İraq vətəndaşlarının təhsil məqsədilə İordaniya, Rusiya, Ukrayna, Malayziya, Hindistan kimi ölkələrə göndərilmələrini təşkil edib.

2016-cı ildən başlayaraq A.İsmael öz həmvətənlərini aldadaraq Azərbaycana göndərilməsini təşkil etməyə başlayıb. A.İsmael ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almaq adı altında 30 İraq vətəndaşının müəyyən məbləğdə ödəniş qarşılığında Azərbaycana gətirilməsini təşkil edib və onları müxtəlif ünvanlarda yerləşdirib.

Lakin həmin əcnəbilərin burada ali təhsil müəssisələrinə qəbul edilmələri üçün zəruri prosedurları yerinə yetirməyib və həmvətənlərindən dələduzluq yolu ilə aldığı küllü miqdarda vəsaiti mənimsəyib.

Aşkar edilmiş faktlarla bağlı A.İsmaelin müvafiq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.

1news.az

 

Paylaş:
393

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər