Qafqaz Universitetində 6 prorektor və 20-dək əməkdaş işdən azad olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qafqaz Universitetində 6 prorektor və 20-dək əməkdaş işdən azad olunub

14:20 - 16 / 12 / 2016
Qafqaz Universitetində 6 prorektor və 20-dək əməkdaş işdən azad olunub

Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək 20-yə yaxın əməkdaş işdən azad olunub.

Ali məktəbin rektoru Havar Məmmədov APA-ya deyib ki, əməkdaşlar funksional vəzifələrini yerinə yetirməməsi, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında çıxarılıblar. H. Məmmədov qeyd edib ki, onların arasında işində verdiyi müəyyən nöqsanlara görə 5-6 mühafizə işçisi, 2 komendant, kadrlar şöbəsinin müdiri var. İki nəfərin ixtisara düşdüyünü deyən H. Məmmədovun sözlərinə görə, universitetdə struktur dəyişiklikləri də edilib: “Həmin vaxta kimi ali məktəbdə 9 prorektor olub. Bu sayda prorektor heç Moskva Dövlət Universitetində yoxdur. Universitetdə aparılan struktur dəyişikliyi nəticəsində onlardan 6-sı işdən çıxarılıb və  bu gün 3 prorektor işini davam etdirir. Bu vaxta kimi kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm”.

Rektor vurğulayıb ki, mövcud nizamnaməyə əsasən, bakalavr təhsili alan tələbələr universitetdə yalnız köməkçi heyətdə-laborant, baş laborant, mühəndis və digər işlərdə çalışa bilər, müəllim kimi dərs deyə bilməz. Amma Qafqaz Universitetində bakalavr təhsili alan gənclər müəllim kimi işə götürülüb və bu gün onların sayı 30 nəfərə yaxındır: “Həmin gənclərlə mütəmadi görüşlər keçirilir, vəziyyət izah edilir. Onlardan 13-ü universitetdə fəaliyyət göstərməklə yanaşı, magistratura pilləsində təhsil alır. Bu günə kimi həmin müəllimlərin heç biri işdən çıxarılmayıb və Yeni ildə də onların işdən çıxarılması nəzərdə tutulmur, sadəcə universitet daxilində təhsillərinə uyğun şərait yaradılacaq”.

H. Məmmədov ali məktəbin yataqxanalarındakı vəziyyətlə bağlı bildirib ki, 200-ə yaxın tələbənin qaldığı 2 yataqxanada (qızlar və oğlanlar üçün ayrı) bütün lazımi şərait yaradılıb, onlar gündə 3 dəfə yeməklə təmin olunurlar. Universitetin əlavə yataqxanasının tikilməsi gündəmdə deyil: “Gələcəkdə yeni yataqxananın tikintisi nəzərdə tutulur. Amma bu gün gündəmdə ali məktəb üçün əlavə tədris korpusunun tikilməsi var. Keçmiş rəhbərlik bu işə başlasa da, yarımçıq qalıb. 2017-ci ildə yeni korpusun tikintisi davam etdiriləcək”.

1news.az

 

Paylaş:
404

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər