İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib - FOTO

11:12 - 16 / 12 / 2016
İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib - FOTO

Prezident İlham Əliyev Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az bu haqda dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yüksək səviyyədə - dostluq və tərəfdaşlıq səviyyəsində olduğunu vurğuladı. Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev onunla keçirdiyi son görüşü məmnunluqla xatırladı. Dövlətimizin başçısı Bolqarıstanın vitse-prezidentinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən hüquq və mədəni sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Azərbaycanda tətbiq edilən şəffaf idarəçiliyin, o cümlədən “ASAN xidmət”in Bolqarıstanda böyük maraq doğurduğunu dedi və bu sahədə əməkdaşlığa önəm verdiklərini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın enerji, hüquq, mədəniyyət və digər sahələrdə genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər