Bərgüşad-Müsüslü mənzilində 12,5 km dəmir yolu əsaslı təmir olunur - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bərgüşad-Müsüslü mənzilində 12,5 km dəmir yolu əsaslı təmir olunur - FOTO

11:24 - 16 / 12 / 2016
Bərgüşad-Müsüslü mənzilində 12,5 km dəmir yolu əsaslı təmir olunur - FOTO

Dekabrın 16-da Bərgüşad-Müsüslü mənzilində 12,5 kilometr yolun əsaslı təmirinə start verilib.

1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri on gün davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Belə ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 186 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

1news.az

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər