Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

12:18 - 16 / 12 / 2016
Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

Qeyd edək ki, 16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür.

1news.az-ın məlumatına görə, fəaliyyət göstərdiyi 11 il ərzində Nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.

2005-ci dekabrın 16-da Prezident İlham Əliyev ölkədə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Ölkə başçısının bir il sonra hər il dekabrın 16-nın Nazirlik işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam isə bu sahəyə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Nazirlik yarandığı gündən mülki müdafiə və ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində, tikintidə bir sözlə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan işləri geniş miqyasda həyata keçirməyə başlayıb. İlk günlərdən effektiv nəticələr əldə edə bilmək üçün nazirlik beynəlxalq əməkdaşlığı da prioritet məsələ kimi diqqətdə saxlayıb.

Qısa müddət ərzində Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib. Beynəlxalq və regional təşkilatlarla da əməkdaşlıq əlaqələri qurulub.

1news.az

Paylaş:
1162

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər