Fikrət Sadıxov: İranın Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham etməyə mənəvi haqqı yoxdur...
1news.az-ın sabiq doplomat, Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxovla müsahibəsi:
- İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana səfəri zamanı İran tərəfi rəsmi Bakının ünvanına ittiham və iddialar səsləndirdi. Bununla yanaşı, İrandakı bir sıra tənqidçilər İslam həmrəyliyi nöqteyi-nəzərindən Azərbaycanın İsraillə münasibətlərinin inkişaf etdirməməsini bildiriblər. Lakin bütün bunlardan az zaman keçməsinə baxmayaraq İran prezideti Həsən Ruhani 25 ildən artıqdır ki, Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayan Ermənistana səfər etməyə hazırlaşır. Nə dərəcədə İslam həmrəyliyi baxımından İranın mövqeyi onun fəaliyyəti ilə üst-üstə düşür?
- Həqiqət bundadır ki, İranla həm sıx, həm də mehriban qonşuluq münasibətlərimiz var. Bu ölkə ilə müxətlif layihələrlə bağlıyıq. Bu il Azərbaycan, Rusiya və İranla nəqliyyat və logistika üzrə üçtərəfli razılaşma imzalanıb.
Lakin bunlarla bərabər, rəsmi Tehranın işğalçı Ermənistana qarşı münasibətlərindın narazılığımızı da gizlətməmişik. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnaməni dəstəkləyib. Lakin bu, kifayət deyil.
Beynəlxalq hüquq normalarından başqa, dostluq, mehriban qonşuluq münasibətlərinə söykənən İslam həmrəyliyi də var. Həmçinin Tehran çox yaxşı bilir ki, Ermənistan torpaqlarımızı işğal edib. Bu fakt o qədər aydındır ki, rəsmi Tehran bunu inkar etmir. Buna görə də İranla Ermənistan arasında sıx əməkdaşlıq Azərbaycan cəmiyyətində anlaşılmazlıq yaradır.
İranda İsraillə münasibətlərimiz tənqid edilir. Torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunmuş ölkəyik. Biz bu mənada istənilən dövlətlə İsrailin kömək etdiyi kimi, hərbi-texniki əməkdaşlığımızı inkişaf etdirməliyik. Bu birncisi.
İkincisi isə, İsraildə çoxlu sayda Azərbaycanın maraqlarına güclü təsir edən həmvətənlərimiz yaşayır, bu, Azərbaycan üçün laqeyd deyil. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümumiyyətlə İsrail Yaxın Şərq regionunda ciddi oyunçudur, onunla hesablaşmamaq mümkün deyil. Lakin İsraillə münasibətlərimiz digər ölkələrin, ələxsus da İranın əleyinə yönəlməyib. Bunu Tehranda yaxşı anlayırlar.
Bütün bu münasiblərin fonunda, İran prezidentinin Ermənistana səfəri, eləcə də Ermənistanla hərbi-texniki əməkdaşlığı nəzərdə tutan çoxsaylı müqavilə və razılaşmaların imzalanması tamamilə Azərbaycanın maraqlarına cavab vermir. İranla Ermənistanın bu cür sıx əməkdaşlıq saxlamasından məmnun ola bilmərik.
- Demək olar ki, Netahyahunun Bakıya səfəri ilə bağlı İranın Azərbaycanı ittiham etməsinə heç bir mənəvi haqqı yoxdur?
- İranın ittiham irəli sürməsi üçün nə mənəvi, nə etik, nə də hansısa haqqı yoxdur. Hər şeydən öncə, İranla İsrail arasında gərginliyi nəzərə alaraq biz hələ də Tel-Əvivdə səfirlik açmamışıq. Tehran bunu unutmamalıdır. Çalışırıq ki, qonşularımızı bu məsələ ilə bağlı qıcıqlandırmayaq. Baxmayaraq ki, İsrail səfirliyi çoxdandır ki, Azəbaycanda fəaliyyət göstərir, biz bəzi incəlikləri nəzərə alaraq bu addımı atmırıq. Bunu Tehran anlamalıdır. Və bunları ittiham etməyə heç kəsin haqqı yoxdur.
Bununla yanaşı, Netanhyahu 20 il sonra Azərbaycana gəlib. O, ilk dəfə Bakıya 1997-ci ildə yolüstü səfər etmişdi. Beləcə bu, onun Azərbaycana ilk səfəri idi. Lakin buna qədər Ermənistan prezidenti Serj Sarkisyan İrana dəfələrlə səfər edib. Eləcə də İran liderləri də Ermənistanla çoxsaylı müqavilələr imzalayıb. Buna görə də heç kəsə hesabat verməməliyik və kiminsə ünvanımıza söylədiyi ittihamlarına məhəl qoymamalıyıq.
Biz müstəqil olaraq qonşularımız və tərəfdaşlarımızın maraqlarını nəzərə alan balanslaşdırılmış xarici siyasət yürüdürük. Digər ölkələrlə də fəal əməkdaşlıq edirik. Bu, heç kəsi qıcıqlandırmamalıdır. Belə ki, ölkəmiz hansısa dövlətə qarşı düşmənçilik baxımından istiqamətlənməyib. Biz, xarici siyasət prioritetlərimizi tamamilə vicdanla həyata keçiririk. Buna görə də hansısa ittihama, iddiaya, narazılıq və tələbə diqqət yetirməməliyik.
- Başqa ölkələrdən fərqli olaraq İran Azərbaycanla irimiqyaslı ticari-iqtisadi əməkdaşlıq aparır. Həmçinin İran Ermənistanla xüsusi əlaqələrindən istifadə edərək müsəlman həmrəliyi baxımından İrəvana təzyiq göstərərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə, eləcə də həmin torpaqlara məcburi köçkünlərin qaytarılmasına nail ola bilməzmi?
- Şübhəsiz ki, istərdik ki, İran sadəcə İslam həmrəyliyi deyil, eləcə də beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərsin. Belə ki, İranda BMT Təhlükəsizlik Şurasının Ermənistanın yeddi rayonumuzu işğal etməsilə bağlı 4 qətnamənin qəbul edilməsini çox yaxşı bilirlər. Hətta rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Nəticə etibarilə, bütün bunlar İrana bu məsələlərlə bağlı Azərbaycanı dəstəkələməsinə, eləcə də Ermənistana ciddi təsir göstərməsinə haqq verir.
Lakin İran bunu etmir. Burada əlbəttə ki, bir sıra faktorlar mövcuddur. Birincisi – bu, İranın çoxəsrlik xarici siyasətinin prioritetləridir. İkincisi – Rusiya ilə sıx əməkdaşlıqdır ki, bu istər İran, istərsə də Ermənistan münasibətlərində əks olunur. Bütün bunlar bütövlükdə rəsmi Tehranın xarici siyasətində əks olunur.
Əlbəttə ki, obyektiv olmaq lazımdır. Belə ki, Tehran bütün bunlarla yanaşı Azərbaycanla da münasibətləri qoruyub saxlayır. İran bizimlə müxətlif energetik və nəqliyyat layihələri ilə bağlıdır. Ölkələrimiz arasında iqtisadi-ticari, eləcə də sərhəd ticarəti fəal surətdə inkişaf edir.
Bu, İranın Azərbaycanla münasibətləri balanslaşdıran cəhddir. Çətin ki, Ermənistan İslam həmrəyliyinə, beynəlxalq hüquq normalarına Azərbaycanla mehriban qonşuluq münasibərlərinə uyğun olsun. Lakin bu, reallıqdır. Əlbəttə ki, Tehrandan Ermənistana qarşı Azərnbaycan torpaqlarının işğalı ilə bağlı qınayan daha ciddi addımlar gözləyərdik. Təəssüflər olsun ki, bu baş vermir. Və rəsmi Tehran bizimlə düşmən münasibətdə olan Ermənistanla əlaqələrini genişləndirməyi davam edir.
1news.az