Azərbaycanlı alimlər “Web of Science” bazasından istifadə etmək imkanı qazanıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı alimlər “Web of Science” bazasından istifadə etmək imkanı qazanıblar

10:25 - 22 / 12 / 2016
Azərbaycanlı alimlər “Web of Science” bazasından istifadə etmək imkanı qazanıblar

Ötən ilin 22 dekabr tarixində Təhsil Nazirliyi və “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, ölkəmizin müstəqillik tarixində Azərbaycan alimləri öz tədqiqatlarını aparmaq, impakt faktorlu jurnallarda çap olunmaq üçün dünyanın ən məşhur elm platforması olan “Web of Science” bazasından istifadə etmək imkanı qazandılar.

Həmçinin, “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları da tədqiqat üçün Azərbaycan alimlərinin ixtiyarına verib.

Bununla bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini təqdim edirik:

Şahlar Əsgərov – təhsil eksperti 

“Moskvada Lenin adna kitabxanada ikinci mərtəbədə jurnal zalı var idi. Mən hər dəfə Moskvada olarkən oradakı jurnallara baxırdım ki, görüm mənim işimə kim istinad edib, kim tənqid edib. Ümumiyyətlə, alimlər hansı yeniliklərlə çıxış edib. İndi şükürlər olsun ki, bu, birbaşa öz evimizdədir. Hamımız üçün daha əlçatan olub. Mən bu əməkdaşlığı Azərbaycan elminin inkişafı üçün çox əhəmiyyətli hesab edirəm. İnanıram ki, əməkdaşlığa başlanılan bu bir il Azərbaycan alimləri üçün faydalı olub”.

Sevinc Məmmədxanova  - kimya elmləri doktoru, professor

“Mən 2014-cü ilin axırında doktorluq dissertasiyasını müdafiə etmişəm. Bu ərəfədə bir sıra nüfuzlu jurnallarda məqalələrim çap olunub. “Thomson Reuters”ə daxil olan jurnalların da bir neçəsində mənim 4-5 məqaləm çap olunub. Xaricdən olan nüfuzlu mütəxəssislərlə birlikdə məqalələrimiz yer alıb. Belə jurnallarda dərc olunmuş işlər olmadan professor adı almaq mümkün deyildi. Hesab edirəm ki, gənc alimin, mütəxəssisin impakt faktorlu jurnallarda məqalələri yoxdursa, onlar yüksək nöqteyi-nəzərdən qiymətləndirilə bilməz”.

Bəxtiyar Əliyev –  millət vəkili

“Azərbaycan elminin inkişafı, dünya elminə inteqrasiya, başqa ölkələrdə çalışan alimlərin Azərbaycan Universitetlərinə, Elmi-tədqiqat İnstitutlarına maraq göstərməsi baxımından mühüm layihədir. Cəmi bir il keçməsinə baxmayaraq, biz nəticələrini görürük. Amma hesab edirəm ki, yaxın gələcəkdə elmimizə müsbət təsirinin şahidi olacağıq”.

Cəfər  Cəfərov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru

“Bu, Azərbaycan elmi üçün yeni imkanlardır. Təhsil və elminin dünya standartlarına yaxınlaşmasını təmin edən alətlərdən biri kimi görürəm. Azərbaycan alimlərinin dünya elminin nailiyyətləri ilə tanış olmaq və o jurnallarda çap olunmaq imkanı əldə ediblər. Qloballaşan dünyada bu imkanları əldə etmək üçün ayrı –ayrı alimlərin çıxış imkanı çətin olduğundan alimlərimiz üçün belə fürsət yaradılıb. Arzum odur ki, bu şəbəkəyə daha geniş qoşulmaq imkanı olsun. Təkcə qoşulmaq yox, bundan istifadə edən insanların da sayı çox olsun”.

1news.az

Paylaş:
990

Son xəbərlər

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50
Bütün xəbərlər