Aleksandr Karavayev: ABŞ Türkiyəni hərbi müttəfiqi olaraq qoruyub saxlayacaq
Moskva Dövlət Universitetinin (Rusiya) nəzdində Postsovet Məkanının Öyrənilməsi üzrə Mərkəzin baş direktorunun müavini Aleksandr Karavayevə 1news.az-ın müsahibəsi.
- Türkiyə prezidenti R.əcəb Tayyib Ərdoğan bəyan edib ki, onda ABŞ başda olmaqla koalisiyanın İŞİD və YPG, PYD kimi terror təşkilatlarına dəstək göstərməsilə bağlı sübutları var.
- Prinsipcə bu, Türkiyə ABŞ münasibətlərində yeni dönüşdür. Ankara ilə Vaşinqton arasındakı münasibətlər yayda baş vermiş hadisələrdən sonra Türkiyənin hüquq-mühafizə orqanlarının ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarlarını sübut etdikdən sonra əvvəlki kimi yaxşı deyil. Bu məqamdan etibarən münasibətlərdə soyuma başladı. Hazırki bəyanat Türkiyə ilə ABŞ arasında ciddi soyuqluğu göstərir.
İIkinci tərəfdən də bu, Barak Obama administrasiyasını qınamaqla bağlıdır. Lakin bu, Türkiyə-Amerika münasibətlərinin gələcək inkişafına imkan verməyəcək.
Xüsusi qeyd etmək istərdim ki, Qərb ölkələrinin rəhbərləri tərəfindən 7-10 il əvvəl Yaxın Şərqdə başladılmış müharibələrə görə üzr-xahlıq diləməsi ənənə halını alıb.
Bundan əvvəl İngiltərənin sabiq baş naziri Toni Bleyer ölkəsinin Səddam Hüseyndə kimyəvi silah olması haqda heç bir sübutu olmadan İraqda müharibəyə başlaması ilə bağlı üzr istəyib.
Yaxın günlərdə ABŞ prezidenti Barak Obama 2003-cü ildəki müharibəyə görə, eləcə də Amerika silahlı qüvvələrinin İŞİD terror təşkilatının yaranmasında dolayısıyla iştirak etdiyi üçün üzr istəyib.
ABŞ-ın bu və ya dolayısıyla terror təşkilatının inkişafında rolu olduğu ilə bağlı sübutlar KİV-ə sızıb və bu, sirr deyil.
Söhbət xüsusi xidmətlərin ənənəvi işindən gedir ki, onlar düşmənlə az əhəmiyyətli də olsa sövdələşmələr bağlayırlar. Hardasa düşmədə silah verməkdə yardım edərək başçılarının ələ keçirilməsinə çalışırlar.
Beləliklə, Türkiyə prezidenti bu cür bəyanatlar verməklə xüsusilə biclik etməyib. Çünki məsələ həqiqtən də belədir.
- Rusiya səfirinin Türkiyədə öldürülməsi Ankara ilə Moskva arasında münasibətlərin korlanacağına gətirib çıxaracağını demək olarmı?
- Rusiyanın səfirin öldürülməsilə bağlı rəsmi mövqeyi – prezident Vladimir Putinin mətbuat konfransı zamanı səsləndirdiyi kimidir – bu, Rusiya-Türkiyə münasibətlərinə zərbədir.
Demək olar ki, təyyarənin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında münasibətlərin bərpası ilə atılmış addımlar uzunmüddətli yaxınlaşma strategiyası çərçivəsində atılıb.
Əgər bu, müvvəqqəti xarakter daşısaydı, o zaman səfirin öldürülməsindən sonra hər şeyin üstündən xətt çəkilərdi. Lakin bu addım atılmadı.
Vəziyyət elə formada dəyişdi ki, hətta səfirin öldürülməsi kimi qeyri-adi hadisə bu yaxınlaşmanı poza bilmədi. Rusiyada bilirlər ki, Türkiyədə bir çoxları var ki, Rusiya-Türkiyə yaxınlaşmasından narazıdır.
Həmçinin Ərdoğanın daxili siyasətinindən narazı olanlar da az deyil. Məhz bu qüvvələr müxtəlif istiqamətlərdə onun siyasətini dağıtmağa çalışır. Putin ilə Ərdoğan Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi üçün hər şeyə dözməyə hazırdır.
- Donald Trampın prezidentliyi dövründə Türkiyə, Rusiya münasibətində ABŞ-ın siyasəti necə olacaq?
- Donald Trampın Yaxın Şərq siyasətində Amerikanın yaxınlaşması ilə bağlı radikal addımlar atmaq, Rusiyaya münasibətdə isə ənənəvi respublikaçı kimi yanaşmasından ibarətdir.
Bu birləşmənin son nəticəsini söyləmək çox çətindir. Belə ki, administrasiyası üçün onun kimləri öz ətrafında toplamasını bilmək də çətindir.
Orada elə insanlar var ki, onlar Rusiya ilə yaxınlmaşmanın əleyhinədirlər. Lakin Tramp onları siyasətinə əngəl olmaz üçün toplamayıb. Həmin şəxslər Rusiya ilə Yaxın Şərqin son 4-5 ildəki münasibətlərinə təsir etmiş prosesləri yeni kursda araşdıraracaqlar. Tramp əlbəttə ki, ABŞ-ı yeni düşmənlər və yeni hərbi yanaşmalar hesabına gücləndirməyəcək.
Bununla yanaşı, Rusiyanın postsovet məkanındakı qarşılıqlı təsir məsələsi, eləcə də Azərbaycan və Cənubi Qafqaza toxuna məsələlər açıq olaraq qalır. Türkiyəyə gəlincə ABŞ hərbi müttəfiqi olaraq bu dövləti qoruyub saxlayacaq.
Qeyd etmək istərdim ki, Türkiyənin NATO ilə münasibətlərə baxması bəyanatı inqilabi səslənir. Belə ki bunun Ankara üçün mənfi nəticələri ola bilər.
Gərək ABŞ Türkiyənin maraqlarını, eləcə də Suriyaya müdaxilə ilə bağlı xətləri pozmasın. Ola bilsin ki, Trampla Ərdoğanın pərdəarxası sövdələməsi Türkiyə ilə Rusiyanın tərəfdaşlıq münasibətlərini də nəzərə alacaq, eləcə də Türkiyə ilə RF-nın hərbi-texniki əməkdaşlığı da mümkün olacaq.
- Bəs Suriya ilə vəziyyət necə olacaq?
- Suriyaya gəlincə, burada vəziyyət bir qədər optimaldır. Unutmayaq ki, bu həll Yuqoslaviya ilə də tapılmışdı. Mənfi nəticələrlə Balkanlardakı müharibə dayandırılmışdı.
Suriyada bu variantın nələrə gətirib çıxaracağı bəlli deyil. Lakin bu, terror müharibələrinin sonlanmasına səbəb ola bilər.
1news.az