Azərbaycan – azad və müstəqildir...
Dövlət müstəqilliyi...
Bu iki söz insana bir çox mənalar, müstəqil dövlətin vətəndaşlarının həyat və talelərini özündə birləşdirən fikirlər kəsb edir. Bu sözlərdən hansının daha çox vacib olduğunu təyin etmək də çətindir. Müstəqillik – milli, siyasi, iqtisadi. Lakin burada əsas məsələdə müstəqilliyi yalnız bəyan etmək deyil. Onu qorumaq, müdafiə etmək və itirməməkdir!
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti 1918-ci ilin mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi deklarasiyaya və 30 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin deklayasiyasına əsasən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Beləliklə, Konstitusiya Aktına görə, siyasi, iqtisadi və müstəqil Azərbaycan Respublikasının əsası qoyulur.
Bu gündən etibarən uzun illər boyu sülh və əmin-amanlığa can atan azərbaycan xalqı qanlı müharibə və onun nəhəng sınağına sinə gələrək azad və müstəqil Vətən sevgisinə can atır.
“Azərbaycanın müstəqilliyi əbədidir!” – bunu Azərbaycanın dahi lideri Heydər Əliyev təntənəli mərasimlərdən birində bəyan edib. Müdrik və ədalətli Heydər Əliyev öz xalqının qəlbində Vətənə xidmət edən, dövlətinin şərəf və ləyəqətini qoruyan nümunəvi sərkərdə kimi qalıb. Heydər Əliyev Azərbaycan xalqının milli ideyası, milli özünüdərk, qürur mənbəyi və Azərbaycan mənəviyyatının ləyaqətli bir hissəsini tutur.
Məhz onun cəsarətli və fədakar siyasəti nəticəsində SSR-inin süqutundan sonra ölkənin qarşılaşdığı ağır illərdə, eləcə də Dağlıq Qarabağ müaqnişəsinin başlandığı müddətdə Heydər Əliyev əvvəlcədən bəyan edilmiş müstəqilliyi qoruyub saxladı, respublikanın iqtisadi potensialını yüksəltdi və ölkə vətəndaşlarının sosial rifahı inişaf etdirdi.
İyirmi ildən artıqdır ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon erməni silahlı qüvvələrinin işğalındadır. 1994-cü ilin mayında atəşkəs rejimi əldə edildi və o vaxtdan indiyədən ATƏT-in Minsk qrupu, eləcə də Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələlik nəticələr verməyən sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğaldan azad edilməsilə bağlı qəbul edilmiş qətnamə Ermənistan tərəfindən həyata keçirilmir.
Ermənstan özünü müstəqil dövlət hesab edir. Və buraya məlum olduğu kimi, ermələrə məxsus mənaları daxil edir – beynəlxalq qanun, hüquqi akt, humanizm və sadəcə olaraq ədəbdən kənar. Erməniliyin ideologiyası - əlinə nə keçdi mənimsə - milli ləyaqət və özünüdərkin itirilməsinə, eləcə də erməni xalqında nəinki özgə torpaqların mənimsənilməsinə, hətta digər xalqların tarixi və mədəni brendlərinə əl atmasına gətirib çıxardı.
Məlum olduğu kimi, əzəli xalq və millətlər dövlətin yaradılması üçün istisna hüquqlara sahibdir. Köklü xalqlardan fərqli olaraq milli azlıqlar müxtəlif muxtar səviyyələrdə öz müqəddəratını təyinetmə hüququ var. 1988-ci ildə ermənilər Dağlıq Qarabağda – Dağlıq Qarabağ Muxtar Vilayətinə sahib idilər. Burada erməni dilində məktəblər, kitabxanalar, mədəniyyət ocaqları hətta teatrları belə vardı. Təəssüf ki, “Qızıl balıq haqda” nağıl kimi ermənilərə hər şey az idi. Qeyd edilmiş nağıldakı qəddar və xəsis qarı kimi onlar daha çox istəyirdilər. Azərbaycan xalqının qanını tökərək ərazilərini ələ keçirdilər. Lakin ermənilər burada normal şəraitdə ictimai-siyasi, iqtisadi cəhətdən inkişaf etmiş, bir sözlə gələcəyti olmayan bir xalq olaraq yaşıyırlar.
Dağlıq Qarabağ erməni silahlı qüvvələrinin işğalında olduğu müddətdə də bu, olmayacaq. Beləki, beynəlxalq cəmiyyətin tanıdığı beynəlxalq hüquq müxtəlif tipli terrorçu və radikallara separatçı ərazi formalkaşdırmağa imkan verməyəcək. Əksinə, bütün dövlətlərin nümayəndələri qayda və qaunlara söykənərək xaos və təcavüzə qarşıdır.
2004-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurasının Parlament Assableyasının yaz sessiyasında çıxış edərək ermənilərin Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması tələbi ilə bağlı məsələyə toxunub: “...iddia ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyinetmə hüququna sahibdir. Biz hamımız buna hörmətlə yanaşırıq. Lakin diqqətinizə bir məqamı çatdırım ki, ermənilər öz müqəddəratını artıq təyin edib. Onların Ermənistan dövləti var.
Bu o deməkdir ki, ermənilər xalq olaraq bu hüquqdan istifadə edib. Təsəvvür edin ki, onlar yaşadıqları hər yerdə öz müqəddəratını təyinetmədən istifadə edərsə nə baş verər? Bütün milli azlıqlar yaşadıqları ərazilərdə müstəqil dövlət yarada bilərmi? Əlbəttə ki, xeyr! Bu kontekstdə Azərbaycanın ayrılmaz hissəsi kimi Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özünüidarənin ən yüksək statusu verilmiş ola bilər”.
Bir sözlə dünya siyasətində Ermənistan kimi təcavüzçü dövlətin fəaliyyəti işğalçılıq kimi qiymətləndirilir və təcavüzcünün zərərsizləşdirilməsi kimi lazımi tədbirlər görülür. Hazırda azərbaycanlıların bu torpaqlarda yaşaya bilməməsi onları Dağlıq Qarabağın köklü sakinləri olmaqdan məhrum etmir.
İnsanın məcburi surətdə evindən çıxarılması onu bu evə aid hüququnu əlindən almır. Eləcə də azərbaycanlıların doğma torpaqlarından məcburi çıxarılması onların beynəlxalq hüquqa söykənən haqlarından məhrum etmir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi: “Torpaqlarımızda ikinci Ermənistan olmayacaq! Ədalət, bütün beynəlxalq hüquq və normalar, eləcə də tarixin öz Azərbaycanın tərəfindədir!”.
Təəsüflər olsun ki, ATƏT-in Minsk qrupunun siyasi iradəsinin zəifliyi bu qurumu faydasız, onun hər hansı bir problemi həll etməsilə bağlı fəaliyyətini səriştəsiz etdi. Belə ki, bu qurumun yeganə məşğuliyyəti kağız üzərində qəbul edilmiş qərarlardır ki, bunların da heç bir əhəmiyyəti olmur.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydasız danışıqları davam etmək niyyətində deyil. Azərbaycan öz gücünə, hərbi potensialına söykənməlidir. Azərbaycan hökuməti təcavüzkar siyasətin təzahürü olan erməni həyasızlığına, eləcə də erməni terror və separatçılığına yol verməyəcək. Dövlətin qanunauyğunluğu siyasi qərarların qəbulu prosesində onun vətəndaşlarının aktiv iştirakıyla təyin edilir, yəni dövlətin milli iradəsilə ölçülür.
Və əsrin dörddəbiri qədər olan müddətdə Azərbaycanın məcburi köçkünləri öz doğma yurdlarının həsrətində, yurd-yuvalarına, əzizlərin dəfn edildiyi məkanlara qayımaq ümidilə yaşıyır.
Məhz buna görə də 2016-cı ilin aprelində Azərbaycanın Silahlı Qüvvələri erməni mövqelərinə hücum edərək Dağlıq Qarabağdakı əhəmiyyətli strateji yüksəklik və yaşayış məntələqini ələ keçirməsini Azərbaycan xalqı qələbə kimi qəbul etdi.
2016-cı ilin dekabrında Nazirlər Kabinetinin ilin sosial-iqtisadi yekunları və qarşıda dayanan məsələlərlə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə keçirirlən iclas zamanı dövlət başçısı bəyan etdi:
“2016-cı il tariximizdə çanlı hərbi qələbə kimi qalacaq. 1994-cü ildən bu yana Azərbaycan ilk dəfədir ki, işğalçılardan öz torpaqlarını azad etdi. Aprel ayında ordumuz erməni təxribatının qarşısını alaraq düşmənə zərbələr endirib və Ağdərə, Füzuli və Cəbrayıl rayonlarından ümumilikdə min hekrat torpağı azad edib.
Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır. Şəhidlərimiz oldu. Allah onlara rəhmət eləsin.
Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri aparılır. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir!”
Həyəcanlı aprel döyüşləri günü Azərbaycan xalqı vahid və qərarlı oldu. Və bu, Prezident İlham Əliyevin yürütdüyü daxili siyasətin uğurudur.
Tamamilə aydındır ki, əgər aprel dğyüşləri zamanı ermənilər təlaş içində öz himayədarlarına üz tutmasaydı Azərbaycanın Silahlı Qüvvələri qısa zaman ərzində Azərbaycan torpaqlarını hərbi yolla işğaldan azad edə bilərdi.
“... Dağlıq Qarabağdakı vəziyyət təhlükəsizliyi təmin edən qeyri-standart qərarlar tələb edir!” – bu sözləri aprel döyüşləri zamanı Ermənistanın baş naziri olmuş Ovik Abramyan əsəbi halda qışqırırdı. Əlbəttə ki, həmin vaxtlarda erməni diasporaları məxfi və açıq əlaqələrinə əl ataraq vəziyyətə beynəlxalq reaksiya göstərilməsinə çalışırdılar. Bakıya Moskva, Vaşinqton, Berlin, Paris və digər dövlətlərin paytaxtlarından zənglər gəlməyə başladı. Demək lazımdır ki, digər ölkələrin liderlərinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllilə bağlı vədləri Azərbaycan Ordusunun əks-hücumunu dayandırdı.
Qeyd etmək lazımdır ki, Azərbaycan vətəndaşlarının çox hissəsi bu qərarla razılaşmayaraq torpaqların azad olması üçün hərbi fəaliyyətin davam etdirilməsini istəyirdi. Lakin bütün lehinə və əlehinə mülahizlərə qulaq asılaraq, prezidentin fikrinə etibar edərək sülh danışıqlarının davam etdirilməsilə bağlı qərar qəbul edildi.
Eyni zamanda erməni cəmiyyəti üçün aprel döyüşləri həqiqət anı oldu. Tamamilə aydın oldu ki, erməni ordusu Azərbaycanın Silahlı Qüvvələrinə müqavimət göstərmək gücünə malik deyil. Hətta döyüşlərin getdiyi bir neçə gün ərzində ermənilər taksiki uğurlar əldə etmək üçün belə qruplaşma yarada bilmədi. Globalpower.org saytı Azərbaycanın hərbi gününü Ermənistandakından 2,5 dəfə çox qiymətləndirir.
Ermənistan on illər boyu bütün dünyadakı diasporlarından nəhəng pullar toplasa da, özlərinin dediyi kimi, ötən əsrin 80-ci illərindəki səviyyədə qalırlar. Yəni Ermənistanda olan korrupsiyanı, eləcə də ölkənin iqtisadi, sosial göstəricilərini nəzərə alsaq ermənilər özləri-özlərinə düşməndir. Ermənilərin illərlə yaratdığı digər xalqlardan üstünlüklə bağlı əfsanələri isə tamamilə puc oldu.
Azərbaycan Ordusu müasir silahlarla təchiz edilərək, istər milli, istərsə digər hərbləşdirilmiş formalaşmalarla təxminən 200 min insanı əhatə edir. Ermənistanda isə bu göstərici 80-100 min insanla, eləcə də işğal altında olmuş torpaqlarda erməni əsgərlərini əhatə etməklə kifayətlənir. Silahlı Qüvvələrin sayı, iqtisadi imkanlar və digər aspektlərə görə Azərbaycan düşməni açıq surətdə döyüş bacarığı üzrə üstələyir.
Azərbaycan gələcəkdə də öz ordusunun hərbi potensialı üçün səylərini əsirgəməyəcək. Lakin ən başlıcası isə - bu gün Azərbaycan döyüçüsünün mənəvi ruhu əvvəlkindən də yüksəkliyindədir.
Və 2017-ci il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olacaq.
Tatyana Çaladze
Azərbaycan Respublikasının əməkdar jurnalisti