Mübariz Əhmədoğlu: KTMT-nin Ermənistana yardım etməyəcəyinə inananların sayı getdikcə artır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: KTMT-nin Ermənistana yardım etməyəcəyinə inananların sayı getdikcə artır

13:51 - 03 / 02 / 2017
Mübariz Əhmədoğlu: KTMT-nin Ermənistana yardım etməyəcəyinə inananların sayı getdikcə artır

Suriya tənzimlənməsi Rusiya üçün ABŞ-la münasibətlərdə resurs rolunu oynaya bilər.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu son günlər dünyada baş verən siyasi hadisələri şərh edərkən deyib. Onun sözlərinə görə, Suriya tənzimlənməsi üzrə Astana danışıqlarında iştirak edən tərəflərin ayrı-ayrılıqda mövqeləri kifayət qədər diqqət çəkir:

“Rusiya özünü Suriya məsələsinin tam sahibi kimi aparır. Rusiya tərəfi Astana görüşündə Suriyanın yeni konstitusiyasını təklif etdi. Bununla da Rusiya özünü ABŞ statuslu olduğunu nümayiş etdirdi. Vaxtı ilə ABŞ İraqın konstitusiyasını hazırlayıb təqdim etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Suriyaya konstitusiya hazırlanmasının ABŞ-ın konstitusiya hazırlanmasından fərqli olduğunu bildirdi.

Suriya tənzimlənməsi Rusiya üçün ABŞ-la münasibətlərdə resurs rolunu oynaya bilər. D.Tramp prezident seçildikdən sonra Rusiya ilə münasibətləri seçki kampaniyası dövründə bəyan etdiyindən kəskin fərqlənir. V.Putinin təbrikini yalnız 8 gündən sonra qəbul etdi. Rusiyaya qarşı sanksiyaların ləğv olunmasının vaxtının çatmadığını bildirdi. B.Obama dövründə ABŞ Suriya tənzimlənməsindən uzaqlaşdırıldı. D.Trampın Suriya tənzimlənməsinə münasibəti fərqlidir. Onun fikrincə, ABŞ Suriyada prezident B.Əsədə qarşı deyil, İŞİD-ə qarşı mübarizə aparmalıdır. Eləcə də D.Tramp Suriyaya qoşun göndərə bilməyəcək. B.Obamanın belə siyasətini o kəskin tənqid etmişdi. Dinc tənzimlənməyə qoşulmaq üçün Rusiyanın roluna möhtacdır. Hələbin və Dəməşq şəhərinin su mənbələrinin azad olunmasından sonra Suriya silahlı müxalifətinin imkanları xeyli məhduddur. D.Tramp Rusiyaya digər məsələlərdə güzəştə gedəcəyi təqdirdə Suriya tənzimlənməsində müəyyən paya malik ola bilər”.

M.Əhmədoğlu bildirib ki, Rusiyanın digər iki qarant dövlət-Türkiyə və İran arasında oyun apardığı da hiss olunur:

“Rusiya Astana danışıqlarından sonra danışıqlarda iştirak edən Suriya təmsilçiləri xüsusilə silahlı müxalifətin təmsilçiləri ilə eləcə də danışıqlardan imtina etmiş Suriya kürdləri ilə də görüş keçirdi. Rusiya Suriya tənzimlənməsində iştirak etmək üçün heç bir tərəfə məhdudiyyət qoymur. Bu V.Putinin Suriya tənzimlənməsində güclü olduğunun göstəricisidir”.

Bəşər Əsəd getdikcə Suriyaya aid məsələlərdə ingilis kraliçasına çevrilir

Suriya prezidenti Bəşər Əsədin getdikcə Suriyaya aid məsələlərdə ingilis kraliçasına çevrildiyini deyən politoloq fikrini bütün məsələləri Rusiyanın həll etməsi ilə əsaslandırıb:

“B.Əsədin Rusiyanın təkliflərinə müqavimət göstərmək imkanı yoxdur. B.Əsəd D.Tramp ABŞ-ı ilə Rusiyanın münasibətlərinin normallaşacağını və bunun Suriya tənzimlənməsinə müsbət təsir edəcəyini düşünür. ABŞ konqresinin Havay ştatından demokrat T.Qabbardın B.Əsədlə görüşməsi kiçicik də olsa B.Əsədə nəfəslik yarada bilər. Amma Rusiyanın Tartusdakı hərbi bazası ilə bağlı B.Əsədə yeni müqavilə imzalatması B.Əsədin uzun müddət V.Putinin təsirində qalacağını göstərir”.

Suriyanın rəsmi danışıqçılarının Astanada silahlı müxalifətin təmsilçiləri ilə görüşdən imtina etməsinə diqqət çəkən M.Əhmədoğlunun fikrincə, Suriyanın siahlı müxalifəti reallıqla barışan və Rusiyanın hesabına məğlubiyyətə doğru getdiyini anlayan qüvvədir:

“Suriyanın silahlı  müxalifəti Astana konfransının gedişində birləşib böyük gücə çevrildi. Bu onların son şansı ola bilər. Əgər ABŞ-dan hər hansı formada dəstək gəlməsə, Suriyanın silahlı müxalifəti Rusiyanın Suriya üzrə planının tərkib hissəsi olmaqdan imtina edə bilməyəcək. Suriya müxalifəti Türkiyənin Suriya tənzimlənməsində iştirakına müqavimət göstərmir, tərəfdardır. Rusiyanın mövqeyinə qarşı çıxmağı mənasız hesab edir. Suriya müxalifəti İranın Suriya tənzimlənməsində iştirakının tam əleyhinədir. Onun fikrincə, İran Suriyanın daxilində həm öz ölkəsinin vətəndaşlarından, həm də digər ölkələrin (İraq, Əfqanıstan, Yəmən, Livan və s.) vətəndaşlarından ibarət ordular yaradıb. Silahlı müxalifət İranın qoşunlarının çıxmasını tələb etdi. İran bu tələbi yerinə yetirməkdən imtina etdi.

Silahlı müxalifətin təmsilçiləri Rusiyanın təklif etdiyi konstitusiyanın müzakirəsindən imtina etdilər. Onların fikrincə, Suriyanın problemi konstitusiyada deyil, B.Əsəddədir. Onun da taleyi müzakirə olunmur”.

ABŞ Suriyada kürdlər üçün hərbi baza yaratmağa başlayıb?

Türkiyə-Rusiya münasibətlərinə toxunan politoloq bildirib ki, Türkiyə Rusiya ilə siyasi və hərbi əməkdaşlığın bəhrəsini dadır. İki ölkənin birlikdə Suriyada hərbi əməliyyatlar keçirdiklərinə diqqət çəkən M.Əhmədoğlu Türkiyənin Rusiyanın hərbi dəstəyi ilə əl-Bab şəhərinə girməyə hazırlaşdığını da diqqətə çatdırıb. Qeyd edib ki, əl-Bab şəhərinə daxil olmaq Türkiyə üçün kürd məsələsində vacib addımdır. Türkiyə İranın iştirakının o qədər də tərəfdarı deyil. Türkiyə Rusiya ilə hərbi-siyasi əməkdaşlıqdan fayda götürsə də ABŞ-ın Suriya tənzimlənməsinə xüsusilə hərbi variantda qoşulmasına ciddi can atır:

“Türkiyə Suriya kürdlərinin danışıqlar prosesində iştirakının əleyhinədir. Türkiyənin kürdlərin iştirakına razılıq verməməsi kürdləri Rusiyaya daha da yaxınlaşdırır.

Yayılan məlumatlara görə, ABŞ Suriyada kürdlər üçün hərbi baza yaratmağa başlayıb. ABŞ bunu Türkiyənin İncirlik bazasına qarşı təhdidləri ilə əlaqələndirir. Amma Suriya kürdlərinin yaratdığı hərbi baza Suriyanın daxilində də istifadə edilə bilər”.

Politoloq Suriya məsələsində İranın roluna da toxunub. O İranın Suriya tənzimlənməsində ABŞ-ın taktikasını özününküləşdirdiyini deyərək əlavə edib ki, İranın Suriyanın daxilində silahlı qüvvələri hədsiz çoxdur. Hətta İran rəsmən SEPAH dəstələrini Suriya ərazisindən çıxarsa da digər dövlətlərin vətəndaşlarından (Əfqanıstan, Livan, İraq, Yəmən və s.) yaratdığı silahlı dəstələr Suriya ərazisindən çıxa bilməyəcək:

“Heç kəs bunların İrana məxsus olduğunu sübut edə bilməyəcək. Son bir il ərzində bir neçə dəfə İranın Talibanla danışıqlar aparması barədə məlumatlar yayılıb. İndi əfqan mənşəli döyüşçülərdən ölənlərin sayının çox olması diqqət çəkir. Bu əfqan döyüşçülərinin daha aktiv zonada olduğunu göstərir. Həm də İran bu əfqanların ona deyil, talibana məxsus olduğunu iddia edə bilər. Digər ölkələrdən topladığı vətəndaşlar üçün də belə miflər yaratdığını ehtimal etmək olar”.

İranın Türkiyənin Rusiya ilə yaxınlaşmasından narahat olduğunu deyən M.Əhmədoğlu rəsmi Tehranın ABŞ-ın Suriya danışıqlarında iştirakının əleyhinə olduğunu da qeyd edib.

Rusiya MDB məkanındakı münaqişələrin tənzimlənməsinə hazır deyil

Politoloq Moldovada Dnestryanı münaqişə ilə bağlı da fikirlərini bölüşüb. O Rusiyanın münaqişədəki roluna toxunaraq bildirib ki, rəsmi Moskva MDB məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı münaqişənin tənzimlənməsinə hazır deyil:

“Moldovanın yeni seçilən prezidenti İ.Dodon ilk səfərini Rusiyaya etdi. V.Putinlə görüşüb müzakirələr apardı. V.Putin İ.Dodonla birlikdə mətbuat konfransı keçirdi. İ.Dodon rusiyapərəstdir. O, Moldovanın “Qazprom”a olan borcunu müzakirə etdi. Moldovaya qaz nəqlinin dayandırılmayacağına zəmanət aldı. İ.Dodon Dnestryanı bölgənin qaz borcunu da Moldovanın qaz borcu hesab edir. Moldovada miqrantların Rusiyaya gəlməsinə qoyulan qadağaları aradan qaldırdı. Dnestryanı bölgədə tənzimlənmə prosesini aktivləşdirməsinə çalışdı. İ.Dodon Rusiya sülhməramlılarının Dnestryanı bölgədə qalmasını və bu bölgənin statusunun müəyyən olunmasına dair referendumun keçirilməsini məqsədə uyğun adlandırdı. İ.Dodon Moldova ilə Aİ arasında imzalanmış assosiativ müqavilənin faydasının çox az olduğunu bildirdi. Bu müqaviləyə yenidən baxacağını bəyan etdi. Ölkəsinin Avrasiya İqtisadi Birliyində iştirak etmək niyyətini bildirdi. Bu məsələni prezident V.Putinlə yanaşı həm də Avrasiya İqtisadi Komissiyasının sədri T.Sərkisyanla müzakirə etdi. İ.Dodon ölkəsinin NATO-ya üzv olmayacağını, NATO ilə də əməkdaşlığa əl gəzdirəcəyini bildirdi; NATO Moldovanın neytral statusunu qəbul edərək əməkdaşlığı bu çərçivəyə uyğunlaşdırmalıdır”.

Moldovanın prezidenti İ.Dodonun Moskvada dedikləri hamısının həqiqət olduğunu deyən politoloq bunun Moldovada ciddi etiraz yaradacağının çox az ehtimallı olduğunu bildirib:

“Məsələ burasındadır ki, Moldovanın Aİ və NATO ilə əməkdaşlığı Moldova cəmiyyətinin Moldova kommunistlərinin hakimiyyətdə olmasından sonra baş verdi. Cəmiyyət Rusiyanın Moldova kommunistlərinə lazımı dəstək verməməsindən narazılığını bu qaydada ortalığa qoydu. Moldova kommunistləri də Dnestryanı bölgə üçün eyni ilə bu şərtləri təklif edirdilər. Rusiyanın təklif etdiyi “xüsusi status” variantını qəbul etmişdilər. Amma Rusiya sonradan geri çəkildi. Rusiya MDB məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı münaqişənin tənzimlənməsinə hazır deyil”.

KTMT-nin Ermənistana yardım etməyəcəyinə inananların sayı getdikcə artır

M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri də şərh edərək əsasən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı daha çox müzakirə edilən məsələlərlə bağlı fikirlərini bölüşüb:

“Əvvəlcə ermənilər belə düşünürdülər ki, Dağlıq Qarabağda hərbi insident baş verərsə KTMT Ermənistanla birlikdə Azərbaycana qarşı vuruşacaq. Bir müddətdən sonra onların bu ümidi qırıldı. Ermənistanın sonrakı düşüncəsinə görə, Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat olacağı təqdirdə KTMT Azərbaycana qarşı dərhal müharibə elan edəcək. Bu da baş vermədi. İndi Ermənistanın keçmiş müdafiə naziri V.Arutyunyan erməniləri başa salır ki, dövlət sərhədindəki təxribat təcavüz deyil. Ona görə də KTMT işə qarışmır. Ermənistanın müraciəti cavabsız qalacaq. Əgər Azərbaycan qoşunları Ermənistanın ərazisinə daxil olarsa və Yerevandan Ermənistanın ərazisinə daxil olmuş Azərbaycan qoşunlarına qarşı silahlı qüvvələr göndərilərsə bu aqressiyadır. Əgər Yerevanda sakitlikdirsə deməli aqressiya deyil.

KTMT üzvü Qazaxıstanın Ermənistandakı səfiri T.Urazayev eyni ilə bu qaydada izah verdi: Ermənistan-Azərbaycan sərhədində baş verənlər Ermənistanın özü ilə o qədər əlaqəli olmayan daha çox Dağlıq Qarabağın ətrafında olan problemlə əlaqəli məsələdir. Ədalət naminə səfirin bu açıqlamsı V.Arutyunyanın açıqlamasından zamanca daha qabaqda idi”.

M.Əhmədoğlu KTMT-nin baş katibi Nikolay Bordyujanın istefası ətrafında ajiotajın davam etdiyini bildirərək Ermənipərəst mövqe bildirən Rusiya ekspertlərinin sırasının yeniləndiyini dəsözlərinə əlavə edib:

“Amma o da qeyd olunmalıdır ki, əvvəlki ermənipərəst ekspertlər ermənilərin mövqelərini müdafiə etməkdən uzun müddətli ardıcıllıq nümayiş etdirə bilmirlər. Ermənilər Azərbaycan rəhbərliyi haqqında qeyri-ciddi və ya tənqidi fikirləri indi daha çox rusiyalı ekspertlərin dili ilə səsləndirirlər. A.Xramçixin, F.Lukyanov, A.Skakov və Y.Satanovski təxminən bu işlə məşğul oldular. Rusiyalı digər ekspert V.Dubnov isə açıq şəkildə bəyan etdi ki, Moskva RF-Azərbaycan münasibətlərində fatal hadisələr baş verməyənədək Azərbaycanla qarşıdurmada heç vaxt Yerevana kömək etməyəcək. Dubnovun fikrincə, Moskva V.Semerikovun uzun müddət KTMT-yə baş katiblik etməsinə çalışacaq. Moskva KTMT-nı Yerevana verməkdə maraqlı deyil.

Digər RF eksperti V.Yevseyevin fikrincə, Rusiya heç vaxt Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılması istiqamətində heç bir addım atmayacaq. Bakının bu məsələyə bütün ümidləri əbəsdir”.

1news.az

 

Paylaş:
612

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər