Emil Məcidov: Terrorçuluq – qadağalardan doğur, lakin azadlıqla qidalanır
Terrorçuluq – müasir dövrün xəstəliyidir. Bunun arxasında bir sıra sosial və psixoloji səbəblər dayanır.
Prinsipcə, bu mexanizm xərcəng xəstəliyinə bənzəyir. Şəxsiyyət, təhsil və cinsi dilxorçuluqla problemləri olan psixi cəhətdən çox da sağlam olmayan fərd xarici faktorların təsir altına düşür. Belə deyək ki, təbliğatçının əlinə düşür.
Belə olan halda insan məhv etmə və digərlərini yoluxdurma rejiminə keçir. Xəstəlik yayılmağa başlayır.
Oxşarlıq xoş görünsə də.
Terrorçuluq – çox həssas və ağır mövzudur. Bunun fəsadlarını tarixi inkişafın digər mərhələlərində görmək mümkün olacaq. Bunu yalnız terrora keçmiş kimi baxanda, insanlarda qorxu və emosiya yaratmayanda düzgün qiymət vermək olar.
Avropa irqçiliyinin süqutundan 70 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı hələ də düzgün analiz verilməyib. O qorxunc keçmiş hələ də bizə yaxındır.
Hələ ki, araşdırma nöqteyi-nəzərindən emosional və intellektual baxımdan cəsarətimiz olmadığından heç olmaya nəyi etməməyi bilməliyik. Terrora qarşı profilaktik tədbirləri işləyib hazırlamalıyıq. Hansı şəraitdə yarandığını və daha çox yayıldığını bilməliyik ki, bunun qarşısını ala bilək.
Aydındır ki, terrorçuluq “boz” zonada yaranır. Orada ki insanların cəmiyyətdəki statusları arasında fərqi daha aydın göründüyü yerlərdə. Böyük şəhərlərin kiçik əyalətlərində. O yerlərdə ki, əyalət evlərinin kiçik pəncərələrindən varlı məhəllələrinin parlaq işıqları görünür. Yaxın Şərq ölkələrindəki kasıb və təhsili az olan cavanlardan biri həqiqəndə və ya internetdə hansısa həmyaşıdını qız və bahalı maşında görəndə. O yerlərdə ki, imtiyazlılar məhrum edilmişlərlə görüşürlər.
Və bütün bunlar internet və kommunikasiyanın hesabına günbəgün artır. Risklər artır və “boz” zona da genişlənməyə başlayır. Belə ki, terrorçuluğun başlıca səbəbi - ədalətsizlik də artır.
Bunula necə mübarizə aparmalı? Trampın etdiyi kimi, girişi qadağan etmək? Bu, işləməyəcək. Hətta əksinə. Terror – qadağaların məhsuludur. Bu, onun yağ-çörəyidir. Qadağa terrorçunu qanuniləşdirir. Onun öz ideyası uğrunda “döyüşən” psixi xəstəyə çevirir.
Terrorçuluq – qadağalardan doğur, lakin azadlıqla qidalanır. Bu da xərçənglə müqayisənin digər analoji cəhətidir.
Lakin bir universal məlhəm var. Bahalı, pis həll olan, eləcə də əlavə təsirləri olan. Bunu hökumət sevmir, dindarlar isə nifrət edir. Təəsüflər olsun ki, bir çox insan buna şübhə ilə yanaşır və təyinatı üzrə istifadə etmir.
Bunun adı – elmdir.
Bütün ömrün boyu gün ərzində üç dəfə istifadə etmək lazımdır.
Məqalə müəllifin nəzər nöqtəsini əks etdirir.