Canalidze: Azərbaycanla Gürcüstan bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Azərbaycanla Gürcüstan bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ölkələrimiz arasında çoxşaxəli əlaqələr mövcuddur.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze fevralın 13-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi görüşün yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.
“Bu il iki ölkə arasında əlaqələrin qurulmasının 25 illiyi qeyd ediləcək. Bu illər ərzində ölkələrimiz arasında yalnız dostluq münasibətləri olub. İnanırıq ki, bundan sonra da bu əlaqələr daha da inkişaf edəcək”, - deyə Canelidze bildirib.
Görüşün məzmununa toxunan nazir bildirib ki, burada əsasən ticari və iqtisadi əlaqələr müzakirə olunub:
“Dünya iqtisadiyyatında baş verən problemlərlə bağlı ötən il iki ölkə arasında iqtisadi əlaqələrin o qədər də yaxşı olmadı. Bu il vəziyyət bərpa olunacaq”.
1news.az