Aİ və Azərbaycan arasında danışıqların birinci mərhələsi Bakıda keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Aİ və Azərbaycan arasında danışıqların birinci mərhələsi Bakıda keçiriləcək

14:19 - 14 / 02 / 2017
Aİ və Azərbaycan arasında danışıqların birinci mərhələsi Bakıda keçiriləcək

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni strateji tərəfdaşlıq tərəflər arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

1news.az xəbər verir ki, bu barədə Trend-ə və Azernews-a Aİ-nin Brüsseldəki ofisindən bildirilib.

Qeyd olunub ki, danışıqlar qarşılıqlı əməkdaşlığın geniş spektrini, xüsusilə siyasət, iqtisadiyyat, o cümlədən energetika sahələrində əməkdaşlığı əhatə edəcək:

“Tərəfdaşlığın bu sahələri həm Avropa İttifaqı, həm də Azərbaycan üçün eyni dərəcədə maraq kəsb edir”.

Aİ-nin baş ofisində danışıqların birinci mərhələsinin başlamasının dəqiq tarixini deməsələr də, bu prosesin yaz aylarında Bakıda baş tutacağı nəzərdə tutulur. Danışıqların müddəti isə görülən işlərin inkişafından asılı olacaq.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı danışıqların başlanğıc mərhələsi işə düşüb.

1news.az

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər