Bir fırıldaqçının tarixi: Ermənistandan sığınacaq istəyən Şahin Mirzəyev kimdir?
Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan ta qədimlərdən multikulturalizm, dinlərarası və millətlərarası tolerantlıq ənənələri ilə məşhur olub.
Misal üçün, hələ 200 il əvvəl Fətəli xan indiki Qırmızı Körpü adlanan əraziyə yəhudiləri məskunlaşdıraraq onları qoruyub. Yəhudilərin Fətəli xanın qarşıladıqları yerdə hazırda onların senaqoqu yerləşir. Ruslar, ləzgilər, talışlar, udinlər, eləcə də digər milliyətlərin nümayəndələri Azərbaycanda çox mehriban yaşayırlar. Multikultural ənənələr hələ də Azərbaycan cəmiyyətində qorunub saxlanılır.
Bu barədə Prezident İlham Əliyev dəfələrlə tribunalardan Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinə sadiq qalındığını, eləcə də ölkəmizdə məskunlaşan xalq və etnoslara qarşı heç vaxt milli-irqi diskriminasiya, dini dözümsüzllük olmadığını vurğulayıb.
Müxətlif beynəlxalq tədbirlərdə - idman tədbirlərindən tutmuş qlobal miqyaslı forumlaradək ölkəmizə təşrif buyurmuş çoxsaylı qonaqlar da tolerantlıq ab-havasını qeyd ediblər.
Buna görə də, “Talış Mədəniyyət Mərkəzi”nin Şura üzvü, “Talış Azadlıq Hərəkatı”nın iştirakçısı, “Talışi Sado” qəzetinin əməkdaşı Şahin Mirzəyevin Azərbaycanda “milli-dini ayrı-seçkiliyə məruz qaldığını” əsas gətirərək Ermənistandan sığınacaq istəməsi xəbəri milliyətindən asılı olmayaraq cəmiyyətin bütün nümayəndələrində hiddət doğurub.
65 il məktəb müəllimi kimi çalışan Şahinin 92 yaşlı atası Sahil Mirzəyev bildirib:
“Biz Azərbaycanın çörəyini yemişik. Ölkəmizi dəstəkləyir və onunla fəxr edirik. O da bunu yaxşı bildirdi. Bu hərəkəti ilə o, ailəyə qarşıdır. Bunu ona heç vaxt bağışlamayacağam. Bizi heç kəs sığışdırmır. Bütün yaranan məsələlər həll edilir – mən bunun şahidiyəm. Azərbaycan inkişaf edir və gündən-günə gözəlləşir”.
Azərbaycan – bir çox xalqların ailəsidir
“Birlik-Единство”qəzetinin və Quba rayonunda nəşr olunan “Qudyal” jurnalının baş redaktoru Nəcəfqulu Nəcəfov 1news.az-a bəyan edib ki, Azərbaycan – bir çox xalqların ailəsidir:
“Qubanın rayonlarından birində 20 milliyət - azərbaycanlı, ləzgi, yəhudi, rus, talış, ukraynalı və digərləri yaşayırlar. Onlar hamısı qardaş kimi birgə yaşayırlar. Quba – mehriban qonşuluq, multikulturalizm və tolerantlıq nümunəsidir. Bunu rayona gələn əcnəbi qonaqlar da vurğulayırlar. Bunun bariz nümunəsi Qırımızı Körpü qəsəbəsidir – buraya gələn əcnəbilər yəhudilərin Azərbaycanda digər milliyətlərlə birgə yaşamasına heyran qalır.
Təəəsüflər olsun bu qardaşlığı pozmaqda marağı olan istər daxili, istərsə də xarici qüvvələrin marağı var. Lakin onlar öz məqsədlərinə nail ola bilməyəcəklər! Belə ki, azərbaycanda bütün millətlər üçün eyni şərait yaradılıb”.
Azərbaycanda multikulturalizm bütün vətəndaşlar üçün eynidir. Milliyətindən asılı olmayaraq hər kəsin dini-mənəvi dəyələrinin, milli adət-ənənələrini, dil və mədəniyyətinin inkişafı üçün demokratik şərtlər eynidir. Buna görə də marjinal xainlərin respublikadakı hansısa milli azlıqlara kölgə salması mümkün deyil. Belə ki, multikulturalizm Azərbaycanda həyat tərzidir. Bu, müxətlif xalqlar arasında yüz il formalaşan dostluq və qardaşlıq ənənəsidir.
Xainin əsl üzü
Bəs Şahin Mirzəyevi Vətən xaini olmağa nə vadar etdi? Belə çıxır ki, Mirzəyev “Avropaya pəncərə açaraq oradan qaçqın statusu almaq üçün çalışan bayağı dələduzdur”.
Sən demə bu ilk deyilmiş. Belə ki, hələ 2015-ci ilin iyununda o, öz Facebook səhifəsində status yazıb:
“Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilova deyirəm ki, boli, mən bu Mərkəzdə yüksək vəzifə tuturam. Mərkəzin “peçat”ın müvəqqəti ver mənə, girişim arayış alverinə, batabatdır, bir az pul qazanaq. Paxıllığından vermir ki, nə var-nə var, mən pul qazanıb irəli gedərəm”.
Bu status Mirzəyevin iç üzünü ortaya qoyur. Eləcə də o, sosial şəbəkələrdə uşaqların doğum şahadətnamələrində saxtakarlıq etməklə bağlı valideynlərə məsələhət də verir...
Beləliklə, Şahin Mirzəyev istənilən fürsətdə separatçılğını göstərərək “Talışıstan” arzusunu, fotokameralar qarşısında onun bayrağını göstərməyə çalışıb. Burada da o, Azərbaycan vətəndaşlığından məhrum olunmuş Əlikram Hümbətovun qatı tərəfdarlarından, əlaltılarından biridir. Hər yerdə onun fikirlərini təbliğ etməkdən yorulmayıb.
Sonradan Şahin Mirzəyev İsa Qəmbəri tərk edib. Ancaq Əlikram Hümbətovun “sağ əli”, indi Hollandiyaya qaçmış separatçı Ataxan Əbilov tərəfindən buna görə məzəmmət də olunub. Söz-söhbət hətta sosial şəbəkələrdə də gedib. Çünki İsa Qəmbər milli xain və satqınların əzəli dostudur. İsa Qəmbərin bu cür şəxsləri öz ətrafına toplaması birinci hal deyil.
“Yeni Azərbaycan” partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Parlamentdə çıxış edərək bildirib ki, Şahin Mirzəyev müxalifətçi Milli Şuranın üzvü idi:
“Xatırlayırsınızsa, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri ərəfəsində dərnək səviyyəsində Milli Şura yaradıldı. Bu şəxs də bu qurumun üzvü olub. İndi isə Ermənistandan sığınacaq alıb. Bu nümunədə kimin xain olduğunu görmək olar. Bu cür xaini öz sıralarında yer verən qurum hakimiyyətə rəhbərlik etmək istəyirdi. Bu cür Vətən xainlərinə qarşı qərarlı mübarizə aparılmalıdır”.
Həmçinin sosial şəbəkələrdə Şahin Mirzəyevin talışların müdafiəçisi adlandırması xəbəri də geniş müzakirələrə səbəb olub.
Belə ki, AzVision.az saytının məlumatına görə, Mirzəyev İrəvandan İrana, daha sonra isə Azərbaycana köçüblər...
Mirzəyevin addımını nə anlamaq, nə də qınamaq olmur. Onun Azərbaycanda əsrlərdir multikulturalizm ənənələrinə kölgə salmaq cəhdi, respublikada “milli azlıqların sıxışdırılması” fikirləri müvəffəqiyyətsizliyə məhkum edilib. Eləcə də Şahin Mirzəyevi Ermənistanda bağrına basılması bir daha göstərir ki, o, çoxdandır ki, Azərbaycanın əlehinə işləyir və hər zaman arxadan zərbə endirməyə hazırdır. Ölkəmizdəki bütün xalqların nümayəndələri arasında qardaşlıq münasibətləri düşmənin istənilən zərbəsinə davam gətirərək daha da möhkəmlənəcək.
1news.az