Azərbaycan brendi Şəbəkə – vətəndaşlara rabitə xidmətlərinin yeni səviyyəsi kimi – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan brendi Şəbəkə – vətəndaşlara rabitə xidmətlərinin yeni səviyyəsi kimi – FOTO

14:00 - 15 / 02 / 2017
Azərbaycan brendi Şəbəkə – vətəndaşlara rabitə xidmətlərinin yeni səviyyəsi kimi – FOTO

Vətəndaşlara göstərilən xidmət səviyyəsinin təkmilləşdirilməsi. Bu məsələ dəfələrlə dövlət başçısı tərəfindən məmurlar qarşısında qaldırılıb.

Məqsəd aydındır - əhali dövlət qurumlarının xidmətləri ilə ən yüksək səviyyədə təmin olunmalıdır.  Bu da öz növbəsində məmurlarda böyük məsuliyyət yaratmaqla yanaşı, eyni zamanda onların fəaliyyətinin effektli və şəffaflığının artırılmasına səbəb olur. Beləcə dövlət qurumları vətəndaşlar üçün daha açıq olurlar.

ASAN xidmət nümunə kimi

Qeyd etmək lazımdır ki, “vətəndaş-məmur” qarşılıqlı təsir sxeminin sadələşdirilməsi ideyası artıq Azərbaycanda öz tətbiqini tapıb. Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) və onun tabeliyindəki ASAN xidmət Mərkəzi yaradılıb.

ASAN xidmət ideyası unikal olduğu qədər də çox sadədir: ASAN xidmətə müraciət edən vətəndaşlar bir məkanda dövlət qurumlarının bütün xidmətlərindən yaralana bilər.

Qısa zaman ərzində ASAN xidmət mərkəzləri bütün ölkəni əhatə etdi. Və ASAN xidmət brendi nəinki Azərbaycanda, hətta ölkə hüdudlarından kənarda da populyarlıq qazandı.

2016-cı ilin sentyabrında ölkə başçısı İlham Əliyev ASAN xidmətin tabeliyində ABAD (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılması ilə bağlı fərman imzaladı. Məqsəd - Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

Həmçinin ölkədə ASAN Viza layihəsi də uğurla həyata keçirilir. Bu layihəyə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət rüsumu ödəyərək üç gün müddətinə viza ala bilərlər.

Göründüyü kimi, hazırda ölkədə bir sıra dövlət qurumlarının xidməti sadələşdirilib. Məlum olduğu kimi, mükəmməlliyin həddi-hüdudu yoxdur. Bu sahədə müvafiq işlər davam edir.

Vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəkdilməsilə ilə bağlı Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ciddi məşğul olmağa başlayıb (fevralın 13-dən etibarən – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi). Bu məsələni həll edərkən nazirlik yeni deyil, artıq mövcud olan və özünü doğrultmuş mərkəzləşdirilmiş xidmətlərin verilməsi modelindən istifadə etdi.

Belə ki, ötən il ölkədə Şəbəkə xidmət mərkəzinin yaradılması barədə məlum oldu. Bütün nazirliklər burada vahid mərkəzdə xidmət göstərəcək.

 

Azərbaycanın yeni brendi olan Şəbəkə ictimaiyyətə “Bakutel-2016” 22-ci beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransı çərçivəsində təqdim edilib. Şəbəkə ilə sıravi vətəndaşlarla yanaşı, sərginin yüksəkrütbəli məmurları, eləcə də Ümumdünya Poçt İttifaqının (UPU) baş rəhbəri Bişar Hüseyn də tanış oldu.

Şəbəkə xidmət mərkəzinin stendində Nazirliyin bu şəbəkə vasitəsilə vahid mərkəzin bütün xidmətləri təmini məlumatı verilib. Bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq.

Bütün xidmətlər 500 kvadratmert daxilində  

Fevralın 10-da Şəbəkə ilk xidmət mərkəzinin açılışı oldu. İlk xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə verilib.

Mərkəzin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına yeni xidmət mərkəzi barədə məlumat verib. R.Quluzadə bildirib ki, nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək.

Şəbəkə ilk xidmət mərkəzinin sahəsi 500 kvadratmetrdən çoxdur və mərkəz müasir standartlara uyğun əsaslı təmir olunub.

Burada son texnoloji tələblərə uyğun avadanlıq – müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, bankomatlar, bank sistemində tətbiq olunan ən müasir növbə aparatı, tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb.

Şəbəkə xidmət mərkəzində bütün növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətlərinin təşkili də nəzərdə tutulub. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər. Xidmətlərin vahid məkanda cəmlənməsi vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişlərə imkan yaradıb.

Vacib məqam: “Şəbəkə” mərkəzlərində istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb və müasir standartlara uyğundur. Bu da informasiya-rabitə texnologiyaları (İKT) və sahəsində böyük potensial olduğunun bariz nümunəsidir.

Abunəçilərə söz

Şəbəkə xidmət mərkəzinin əsas üstünlüyü – növbənin olmamasıdır.

“Poçt filiları xidmətindən tez-tez istifadə edirəm. Misal üçün, xairicə pul köçürmələrlə bağlı. Heç kəsə sirr deyil ki, əhaliyə bir operator xidmət göstərdiyi üçün poçt şöbələrində növbə olur. Belə ki, bir nəfər poçta gələrək kommunl xidmətlər üçün ödəniş etmək istəyirsə, digəri sürətli pul köçürmək xidmətlərindən yaralanmaq istəyir. Bu, yalnız növbə deyil, eləcə də operatorun səhvinə də səbəb olur. Dəfələrlə şahid olmuşam ki, çoxlu insan axını olduqda kompüter sistemi sadəcə olaraq “donur”, - Bakı sakini Nigar Abbsova bildirir.

N.Abbasova qeyd edir ki, Bskıda Şəbəkə ilk xidmət mərkəzinin yaradılması xəbəri çox müsbət qarşılanıb:

“Bu – günün tələbidir. İndi Rabitə Nazirliyi kimi dövlət qurumun xidməti mərkəzləşdiriləcək. Şəbəkə yalnız vaxta qənaət deyil, eləcə də sakinlərin dövlət qurumlarına etibarının atrmasıdır”.

Ardı var

Vahid mərkəzdə bütün xidmətlərin mərkəzləşdirilməsi ilə yanaşı, eləcə də bu, ölkədə nağdsız ödənişlər sisteminin inkişafı ilə bağlı yaxşı imkandır.

Açılış mərasimində Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, e-GovPay ödəmə sistemi barədə də məlumat verilib. Qeyd olunub ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Yaxın gələcəkdə isə həmin sistem vasitəsilə dövlət rüsumları da ödəniləcək.

İlkin mərhələdə Bakıda 10 belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Xəzər, Yasamal və Binəqədi rayonlarında “Şəbəkə” xidmət mərkəzlərinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir. Gələcəkdə respublikamızın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

Hələlik isə Şəbəkə ilk xidmət mərkəzi vətəndaşların ixtiyarına verilib. Mərkəz vətəndşalara üç dildə - Azərbaycan, rus və ingilis dillərində xidmət göstərir.

Bu mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin bütün günlərində səhər saat 9:00-dan axşam saat 20:00-dək xidmət göstəriləcək. Yəni mərkəzin xidmətindən iş saatından sonra da yararlanmaq olar.

1news.az

Paylaş:
4083

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər