İlham Əliyev: “Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan alır” | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: “Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan alır”

19:37 - 17 / 02 / 2017
İlham Əliyev: “Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan alır”

“Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda özünə ad qazanıb”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev  Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz:

“Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İrimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq. Əlbəttə, bu gün regionumuzun və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və töhfəsi haqqında danışdıqda biz Azərbaycanın enerji strategiyasının əvvəlinə - 1990-cı illərin ortalarına qayıtmalıyıq. O zaman həm daxili, həm də xarici çoxsaylı çətinlikləri olan, Ermənistanın işğalı nəticəsində 1 milyon evsiz qalmış vətəndaşı olan, yalnız üç il müstəqil olan gənc ölkə Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini ilk dəfə dəvət etmişdi. Bu, tarixi bir addım idi və nəinki təkcə Azərbaycanda, həm də regionda vəziyyəti dəyişən bir qərar idi. İndi isə bu addım regionun enerji xəritəsini dəyişmişdir.

Biz sadəcə həmin vaxtdan bir il əvvəl vətəndaş müharibəsi, işğal, 1 milyon qaçqın və köçkünü olan və uğurlu inkişaf üçün heç bir imkanları olmayan ölkəyə investisiyalar cəlb etməyə nail olduq. Bizim üçün o zaman Azərbaycanın neft ehtiyatlarına sərmayənin yatırılması müstəqilliyimizin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün yeganə yol idi. Buna görə 1990-cı illərin ortaları bizim üçün vacib bir dövr idi. Biz investisiyaları cəlb etdik, aparıcı enerji şirkətləri ilə Azərbaycanın nəhəng neft yataqlarından istehsala başladıq və neftimizi nəql etmək üçün çoxsaylı boru kəməri sistemini inşa etdik. Bu gün bizim bütün istiqamətlərdə 7 kəmərimiz - 3 neft kəmərimiz və 4 qaz kəmərimiz var. Buna görə də bizim birinci hədəfimiz özümüzün enerji təhlükəsizliyimizi, öz maraqlarımızı təmin etmək və insanlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarımızı hasil etmək iqtidarında olmaq idi. Sonrakı mərhələdə kəmərlər tikildikdə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Bu neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir. Bu kəmərlər bizə enerji ehtiyatlarını nəql etməyə kömək edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir.

Sonra biz Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının çatdırılması üçün tranzit ölkəyə çevrildik. Beləliklə, Azərbaycan müxtəlif vasitələrlə, dəmir yolu və neft kəməri ilə neftin nəqlində öz vacib rolunu oynayır. Eyni zamanda, biz Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaşlarımızın təchizat marşrutlarını şaxələndirməyə kömək edirik. Çünki enerji təhlükəsizliyindən söhbət açdıqda hesab edirəm ki, şaxələnmə əsas termindir. Adətən şaxələnmədən danışdıqda biz istehlakçılar üçün şaxələndirməni nəzərdə tuturuq. Biz bunu anlayırıq. Lakin istehsalçılar üçün də şaxələndirmə nəzərdə tutulur, xüsusilə bu istehsalçıların Azərbaycan kimi açıq dənizə çıxışı olmadıqda”.

1news.az

Paylaş:
596

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər