Suraxanıda dəm qazı faciəsi: bir ailə zəhərləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda dəm qazı faciəsi: bir ailə zəhərləndi

14:37 - 20 / 02 / 2017
Suraxanıda dəm qazı faciəsi: bir ailə zəhərləndi

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dəm qazından zəhərlənmə olub.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.

Nəticədə H.Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.

1news.az

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər