Fərhad Məmmədov: Ermənistanın siyasi məkanı hakimiyyət uğrunda həlledici döyüşə hazırlaşırdı
Aprelin 2-də Ermənistanda Parlament seçkiləri keçiriləcək. Hazırda ölkənin Mərkəzi Seçki Komissiyasına beş partiya və dörd seçkiqabağı blokun iştirakı irəli sürülüb.
Bunlar: Ermənistan Respublika partiyası, “Daşnaksütyun”, “Erməni dirçəlişi” “Kommunist partiyası, “Azad demokratlar, Sarukyan bloku, Konqeress-DPA və İrs-Birlik-Qələbədir.
Bu seçkilər necə keçiriləcək, siyasi qüvvələrin burada əldə edəcəyi uğur necə olacaq, eləcə də bir sıra məsələlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov 1news.az-a şərh verib:
- Fərhad müəllim, Ermənistanda keçiriləcək seçkilərinin əsas xüsusiyyətləri nədir? Eləcə də bu seçkilər əvvəlkindən nə ilə fərqlənir?
- 2015-ci ilin dekabrında Ermənistanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Bundan sonra ölkə tamamilə parlament respublikası oldu. Bu o deməkdir ki, prezidentin hazırki səlahiyyətləri baş nazirin öhdəliyinə keçir. Xarici siyasətin təyini, güc strukturlarının təyinatı və digər məslələri prezdent deyil, hökumət rəhbəri həyata keçirəcək. Bu seçkiləirn əsas üstünlüyü ondan ibarətdir ki, məhz qalib partiya və yeni baş nazir dövlətin yeni rəhbərləri olacaq.
Aprelin əvvəlində keçirilən seçkilərdən sonra hökumət formalaşaq. Lakin baş nazir yeni konstitusiyaya uyğun bütün səlahiyyətlərə malik olmayacaq. Belə ki, o hələ bir ildə Sarkisyanın prezidentliyinin bitməsini gözləməli olacaq. Deməli bu seçkilər və 2018-ci ilin martında keçirilən seçkilərə qədər Ermənistanın tamhüquqlu prezidenti Serj Sarkisyan hesab olunacaq.
Bu səbəblərdən dolayı Ermənistanda seçkilər siyasi partiyalar üçün həlledici olacaq. Belə ki, 2018-ci ilin martında keçirilən seçkilərdə qalib gəlmiş siyasi partiya öz namizədini baş nazir vəzifəsinə irəli sürəcək. Bu, seçkilərin ən vacib və maraqlı məqamıdır.
- Necə hesab edirisiniz, hazırki seçkilərdə hansı siyasi partiyaların uğur qazanmaq şansı çoxdur?
- Kosntitusiyaya dəyişikliklə bağlı keçirilmiş referendumun nəticələri Ermənistanın bütün siyasi partiyalarının çalxalanmasına səbəb oldu. Ötən il siyasətdən getmiş şəxslər (Qaqik Sarukyan və b.) yenidən qayıdaraq öz bloklarını formalaşdırdılar. Ermənistanın sabiq prezidenti Robert Köçaryanın adı ölkənin eks müdafiə naziri Seyran Ohanyan, “İrs” partiyasının lideri Raffi Ovanisyan və sabiq xarici işlər naziri Vardan Oskanyanla birgə çəkilir. Yəni Ermənistanın siyasət məkanı bu ilin aprelində keçiriləcək seçkilərə - hakimiyyət üçün həlledici döyüşə hazırlaşırdı.
Əlbəttə ki, əsas favorit rəhbəri prezident Serj Sarkisyan, sədri isə baş nazir Karen Karapetyan olan Respublika partiyası hesab olunur. Daha sonra isə Sarukyan, Ohanyan-Oskanyan-Ovanisyan, eləcə də Levon Ter-Petrosyanın partiyası hesab olunur.
Burada digər vacib məqamı da vurğulamaq lazımdır. Yeni konstitusiyaya əsasən, parlamentdə deputatların sayı dəqiq təyin edilməyib. Yəni seçkilərin nəticələrindən sonra əgər siyasi partiya parlamentdə böyük səsçoxluğu toplamazsa seçkilərin ikinci mərhələsi keçiriləcək. Bu seçkilərdə iki siyasi qurum iştirak edəcək.
“Ermənilərin” seçki sxemi çox maraqlıdır. Deputatların minimal sayı 101-dir. Ermənistanın yeni konstitusiyasına görə, milli azlıqlara da yer ayrılıb. Yəni onlar seçkilər üzrə deyil, kvota üzrə deputat hesab olunur. Bu da hazırki seçkiləri əvvəlkindən fərqəndirən cəhətdir.
- Hazırki hakim partiyanın imkanlarından danışsaq necə hesab edirsiniz, siyasi fəal elektoratın narazılığı fonunda onun müvəffəqiyyətini proqnozlaşdırmaq olarmı?
- Belə deyək: Ermənistanda seçkilər hər zaman inzibati resurslar və kütləvi saxtakarlıqların istifadəsi ilə keçirilib. Birincisi, Ermənistanda seçicilərin sayı seçki siyahısında göstəriləndən azdır. Bu, sübut olunmuş dəlildir. İkincisi, bu ölkənin seçkilərindəki sistem satın alınır. Buna görə də hakim elita hər zaman erməni oliqarxlarının köməyinə qaçıb. Onların köməyilə prinsipcə seçkilərdə uğur qazanıblar.
Diqqətçəkən məqam: ötən ilin sentyabrında bələdiyyələrə seçkilər keçirildi. Və göstərildi ki, bir çox iri şəhərlərdə Respublika partiyası səslərin 35%-ni toplaya bilməyib. “Çiçəklənən Ermənistan” partiyası isə ikinci mövqeni tutub. Buna görə də indi hakim partiyanın dürüst şəkilldə parlament seçkilərində qalib gələcəyini söyləmək çətin olar.
- Zənninizcə, Moskvanın seçkilərin keçirilməsi prosesinə cəlb edilməsi mümkündürmü?
- Ermənistanda keçiriləcək seçkilərə Rusiya-Ermənistan qarşılıqlı münasibətlərindən kənar konteksdə baxmaq mümkün deyil. Bunun bariz nümunəsi ölkənin baş naziri vəzifəsinə Karen Karapetyanın təyin edilməsidir. Həmin şəxs son 10 ildə Rusiyada çalışıb, “Qazprombank”ın vitse-prezidenti olub, qəfildən İrəvana gətirilərək baş nazir təyin edilib.
Yalnız ötən ilin noyabrında Ermənistanın Respublika partiyası sıralarına daxil edilib, yanvarda partiyasının sədr müavini seçilib, eləcə də yanvarda Ruisyaya ilk rəsmi səfərə gedib.
Ruisiyaya sonuncu dəfə rəsmi səfər etmiş Ermənistanın baş naziri 10 il əvvəl Serj Sarkisyan olub. Eyni analoji nümunəni sovetlər dönəmində Mərkəzi Komitənin təyinatı ilə ikinci baş katibin seçilməsini də qeyd etmək olar.
Doğrusu, Karapetyan üçün bu, əlavə problemlər yaradır. Ölkənin hakim partiyadan namizədlər siyahısında onun adı yoxdur. Belə ki, yeni konstitusiyaya görə, partlamentdə deputat yalnız Ermənistan ərazisində 4 il yaşamış şəxs seçilə bilər. Beləcə, Karapetyan Ermənistan vətəndaşı olsa da, son 4 ildə Rusiyada yaşayıb. Eləcə də, yeni konstitusiyaya görə, 2018-ci ildən sonra ölkənin baş naziri Ermənistan əraizisində 6 il daimi yaşamalıdır.
- Son zamanlar Ermənistanda antirusiya əhval-ruhiyyəsi güclənib. Bunu nəzərə alaraq yeni parlamentdəki siyasi qüvvələr necə qurula bilər?
- Məsələyə Rusiya-Ermənistan münasibəltəri kontekstində yanaşsaq söyləmək olar ki, Ermənistanda bir neçə antirusiya çıxışları olub. Bunlardan ən ciddi ikisini – elektrik enerjisinə tariflərin yüksəldilməsi, digəri isə “dördgünlük” müharibədən sonrakı uğursuzluqlar idi.
Bütün bunarı bir yerdə cəmləşdirmək üçün Rusiya tərəfindən bir neçə addım atıldı. Birincisi Karen Karapetyanın Ermənistanın baş naziri təyin edilməsi oldu. Ruisya ilə münasibətlərin genişləndirilməsinin iki məqamı kimi - erməni elektirk şəbəkəsinin erməni əsilli Ruisya vətəndaşı “Taşir” qrupun rəhbəri Samvel Karapetyana satıldı. S.Karapetyan da elektirk enerjisi tarifinə endirimlər etdi. Bu da hazırki baş nazirin xeyrinə “müsbət” hesab olundu.
Sonuncu addım: Rusiyaya səfəri çərçivəsində K.Karapetyan Forbes-in siyahısına salınmış erməni əsilli 20 nəfərlə görüşməsi oldu. Və həmin şəxslərdən Ermənistan iqtisadiyyatının inkişafı ilə bağlı sərmayələrlə bağlı təminatlar alması oldu.
- Sizcə, Ermənistanın yeni parlamentində Qarabağ münaqişəsinin nizamlanması məsləsində ölkə rəhbərliyini konstuktivliyə cəlb edən praqmatik siyasi güclər yaranacağının ehtimalı varmı?
- Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsı məsələsinə ümumi olaraq təsdiq edəcəyinə inanmıram. 2015-ci ilidə keçirilmiş referndum zamanı Robert Koçaryan bunu əleyhinə çıxıç edərək bəyan etdi ki, bu referendum ölkəni avtoritarizmə sürükləyir.
Çünki belə bir fikir də var ki, 2018-ci ildə Serj Sarkisyan prezident vəzifəsindən gedərək ölkənin baş naziri rolunda yer alacaq. Buna görə də hansısa dəyişiklikdən danışmaq yersizdir. Eləcə də Karen Karapetyanın iqtisadçı olmasına baxmayaraq Ermənistan hərtərəfli təcriddədir. Buna görə də hansısa iqtisadi rifahdan, iqtisadi inkiaşfdan danışmağa dəyməz. Ölkənin obyektiv göstəriciləri nümayiş etdirir ki, yaxın illərdə bu, mümkün də deyil.
- Və sonda. Qısa xülasə edərək 2017-ci ildə keçiriləcək parlament seçkiləri Ermənistana nə bəşx edəcək?
- Bu seçkilərin başlıca xüsusiyyyəti odur ki, parlament hökuməti təyin edəcək. 2018-ci ildən sonra və ya əvvəl də ola bilər, faktiki olaraq dövlətin rəhbəri olacaq. Buna görə də Ermənistanın siyasi gücləri uzun müddət bir-birilə məsləhətlər aparıblar. Belə ki, onlar üçün ən başlıcası parlamentə daxil olmaqdır – çünki burada gələcək hökumət formalaşacaq. Bu nöqteyi-nəzərdən bu seçkilər böyük əhəmiyyət kəsb edir.
1news.az