Murad Həsənli: Meydan TV-nin ingilis versiyasında Qarabağdakı saxta “referendumla” bağlı həqiqətləri əks etdirən məqalə dərc edilmədi | 1news.az | Xəbərlər
Müsahibə

Murad Həsənli: Meydan TV-nin ingilis versiyasında Qarabağdakı saxta “referendumla” bağlı həqiqətləri əks etdirən məqalə dərc edilmədi

18:53 - 24 / 02 / 2017
Murad Həsənli: Meydan TV-nin ingilis versiyasında Qarabağdakı saxta “referendumla” bağlı həqiqətləri əks etdirən məqalə dərc edilmədi

1news.az-ın Kardiff Universitetinin (İngiltərə) Siyasi elmlər və beynəlxalq münasibətlər məktəbinin doktorantı, siyasi ekspert Murad Həsənli ilə müsahibəsi:

- Fevralın 20-də Rusiyanın Beynəlxalq işlər üzrə Şurasının saytında “Azərbaycan 2021-ci ildə: suverenliyin təsdiqi” adlı məqaləniz dərc edilib. Orada yazılanlarla yanaşı, qeyd etmisiniz ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə dərin məyusluq hissi üstünlük təşkil edir. Bununla bağlı fikirlərinizi daha ətraflı izah edə bilərsinizmi?

- 1990-cı illərin sonu,  2000-ci illərin ortalarınadək Azərbaycan Qərbə böyük ümidlər bəsləyirdi. Ümid edilirdi ki, Qərb (xüsusən də ABŞ və Avropa Birliyi) Dağlıq Qarabağ məsələsində obyektiv mövqe nümayiş etdirərək beynəlxalq hüquqa uyğun tərzdə, hazırda Gürcüstan və Ukraynanı dəstəklədikləri kimi, Azərbaycanın da ərazi bötüvlüyünü və suverenliyini dəsətəkləyəcəklər. Lakin bu, baş vermədi.

Azərbaycanın Avro-Atlantik qurumlara inteqrasiyası, ölkənin İraq və Əfqanıstan kimi hərbi koalisiyalarda iştirakı, Qərb strateji maraqlarına cavab verən iri enerji və infrastruktur layihələrin həyata keçirilməsinə baxmayaraq, Azərbaycan üçün Qarabağ məsələsi kimi vacib məsələdə dəstək göstərilmədi.

Nümunə kimi, ABŞ Azərbaycana qarşı 1992-ci ildə sanksiya tətbiq edərək bu günə qədər 907-ci düzəlişi düzəltməyib. Amerika 1990-cı illərdə işğalçılara 600 milyon dollardan çox “humanitar” yardım göstərərək, bu günədək Qarabağda separatçı erməni rejiminin başlıca sponsorudur.

İstər Amerika, istərsə də Avropa Azərbaycana silah gətirilməsinə embarqo qoyub. Gürcüstan və Ukraynadakı hadisələrdən sonra Azərbaycana qarşı ikili münasibətlərin olduğunu yalnız kor görə bilməz. Nəticə - Qərbə qarşı etibarın itirilməsi və dərin məyusluqdur. 

- Necə hesab edirsiniz, nə üçün Qərb Ukrayna və Gürcüstanla olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqiq mövqeyini nümayiş etdirmir? Nə üçün Qərb hələ də Ermənsitana qarşı sanksiyalar tətbiq etməyib?

- Burada din və mədəniyyət faktorlarını şişirtmək lazım deyil. Təbii ki, bunlar müəyyən rol oynayır, lakin ikili standartların əsas səbəbi Azərbaycanın beynəlxalq arenada fəal strateji siyasət yürütməsidir.

Ölkənin suverenliyinin möhkəmlənməsi regional qarşıdurma və qlobal geosiyasi mübarizə fonunda siyasi balans tələb edir. Azərbaycanın müstəqil siyasəti bu məqsədlərə cavab verib, eyni zamanda bu, risklərlə də nəticələnə bilər.

Nümunə üçün, Brüsselin nüfuzlu bürokratları hələ də Bakının Avropa Birliyiylə Assosiasiyalar üzrə müqavilədən, digər nüfuzluların isə Bakının Azərbaycan üçün sərfəli olmayan Nabukko layihəsindən imtina etməsini qəbul edə bilmir. Vaşinqtonun yeni  mühafizəkarlarını Azərbaycanla Rusiya arasındakı sıx tərəfdaşlıq münasibətləri narahat edir. Qərbin solçu və liberallarını isə Azərbaycanın İsrail və Türkiyə ilə əməkdaşlığı qıcıqlandırır və s.

Bütün bu faktlar istər ayrı-ayırılıqda, istərsə də birlikdə Qərbin Azərbaycan qarşı mənfi maraqlarının göstəricisidir.

Bir sıra Qərb ölkələri, misal üçün İngiltərə ədalətli mövqeyə söyrənək respublikanın suverenliyini istər sözdə, istərsə də əməldə riayət edirlər. Bu ilin fevralın 22-də Şotlandiya parlamenti Xocalıda dinc sakinlərin kütləvi qətli ilə bağlı qınayıcı qətnamə qəbul etdi. Fevralın 6-da isə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskın görüşü zamanı qeyd etdi ki, Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Yəni bu məslədə irəliləyiş var.

Və sonda, Qərbin Ermənistana təsiri son dərəcə məhduddur. Belə ki, Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistan nə ABŞ-la, nə də Avropa ilə ciddi iqtisadi əlaqələrə malik deyil. Sanksiyaların tətbiq edilməsi üçün nəsə olmalıdır. Ən real, effektli sanksiyalar isə tətbiq edilib – Azərbaycan və Türkiyə ilə sərhədlər bağlanıb.

- Facebook sosial şəbəkəsində Meydan TV-nin Dağlıq Qarabağ münaqişəsini işıqlandırmasından, eləcə də onun rəhbəri – Emin Millinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhəyə salmasından məyusluğunuzu qeyd etmisiz. Məyusluğunuza səbəb məhz nə olub?

- Yaxın günlərdə Qarabağda saxta “referendumun” keçirilməsi təsdiq edilməyərək beynəlxalq ictimaiyyət tərəfindən qınandı. Nə ücünsə Meydan TV-nin ingilis verisiyasında bu həqiqətləri əks etdirən məqalə dərc edilmədi.

Facebook-da şərhimdən sonra məqalə müəyyən korrektə olunaraq mübahisəli terminlər yığışdırıldı. Jurnalistlər redaktə siyasətlərinə diqqət etməlidir. Qarabağ “de facto republic”, “breakaway republic” və s. deyil. Və burada baş verənlər qeyri-qanunidir. Qarabağ – Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır. Bunun sübutu kimi Avropa məhkəməsinin yaxın zamanlarda qəbul etdiyi hüquqi qərarı ( “Ermənistana qarşı Çıraqovlar” işi) qeyd etmək olar.

- Sizcə, bu il Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurmanın yenidən başlanması nə dərəcədə mümkündür?

- Bu barədə möhtəkirlik etmək istəməzdim, lakin aydın məsələdir ki, Azərbaycan sərt siyasətini davam etdirəcək. Eləcə də Azərbaycan işğalçı qüvvələrin istənilən təxribatına qarşı hətta qeyri-mütənasib cavab da yürüdə bilər.

1news.az

 

Paylaş:
2599

Son xəbərlər

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17
Bütün xəbərlər