Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

11:42 - 01 / 03 / 2017
Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

Fevralın 28-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin, Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.

Çinin Kommersiya Nazirliyinin Departament direktoru Luo Veydun ölkəsinin İpək yolu üzərində yerləşən dövlətlər, o cümlədən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, bu çərçivədə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfərindən sonra Azərbaycan ilə Çin arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, səfər zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını xatırladıb.

Tədbirdə  Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq və regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışılıb, Transxəzər beynəlxalq nəqliyyat marşrutu, onun əlverişli imkanları barədə məlumat verilib.

Forumda həmçinin, Gürcüstan və Qazaxıstan respublikalarının Çindəki səfirliklərinin nümayəndələrinin nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair məruzələri dinlənilib.

Tədbirdə Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Elçin Əhmədov ölkəmizin nəqliyyat-tranzit potensialı, logistika imkanları, yükdaşımalar sahəsində yaradılan əlverişli imkanlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir və bu sahəyə irihəcmli  investisiyalar yönəldilir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı–Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, SOCAR-ın, "Sumqayıt Kimya Sənaye Parkı" MMC,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri Azərbaycanın tranzit, nəqliyyat-logistika imkanlarına dair müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.

Forumda Transxəzər beynəlxalq nəqliyyat marşrutuna dair film nümayiş olunub.

1news.az

Paylaş:
641

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər