Komitə sədri Şabranda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri Şabranda vətəndaşları qəbul edəcək

13:07 - 13 / 03 / 2017
Komitə sədri Şabranda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 17-də Şabran şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

Komitədən 1news.az-a verilən məlumata görə, qəbul Şabran şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev pr, 60/A) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər