Fövqəladə hallar naziri Ağdaşda vətəndaşları qəbul edəcək
Martın 17-də saat 11.00-dan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.
1news.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qəbulda yalnız Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında martın 16-da saat 9.00-da başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].
1news.az