Mübariz Əhmədoğlu: Ermənistanın Rusiyadan aldığı ağır silahlar Şimali Qafqazı müharibə ocağına çevirə bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistanın Rusiyadan aldığı ağır silahlar Şimali Qafqazı müharibə ocağına çevirə bilər

11:48 - 13 / 03 / 2017
Mübariz Əhmədoğlu: Ermənistanın Rusiyadan aldığı ağır silahlar Şimali Qafqazı müharibə ocağına çevirə bilər

Ermənistanın “Skad” və Smerç”lərlə təlim keçirməsi ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yaydı, video yerləşdirdi. “İsgəndər” raketlərinin tam hazırlığının olması barədə məlumat yayıldı. Guya Ermənistan bunu 25 fevral tarixində baş vermiş Azərbaycanın təxribatına qarşı cavab hazırlayırmış.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın “Skad” və Smerç”lərlə təlim keçirməsi ilə bağlı  xəbəri şərh edərkən bildirib:

“Skad” və “Smerç”lər Ermənistanda hələ SSRİ dövründən var. 8 “Smerç” sonradan Çindən alındı. Aprel döyüşlərində Ermənistan “Skad” və “Smerç”lərdən istifadə etmədi. Bu kontekstdə  fevralın 25-də qoşunların təmas xəttində baş verənlərin ermənilərin təxribatı olduğu sübut olunur: Ermənilər qoşunların təmas xəttində təxribatı və ondan sonrakı atəşləri əvvəlcədən planlaşdırıbmışlar. Aprel döyüşlərində etmədiyini Ermənistanın indi etməsinin fundamental səbəbi bir il ərzində Ermənistanın bütün parametrlər üzrə sürətlə geriləməsidir. Ona görə Ermənistan özünü satışa çıxarıb.

Eyni vaxtda özünü həm RF, həm İrana, həm də Qərbə təklif edib. Ermənistana gözlənilən “məbləğin” verilməməsi S.Sərkisyanı psixoz vəziyyətə salıb. Ona görə S.Sərkisyan açıq şantaja gedir: Dağlıq Qarabağ münaqişəsi regionunda heç bir zərurət olmadan “ İsgəndər”, “Skad” və “Smerç”lərin iştirakı ilə müharibəyə başlayır. Dağlıq Qarabağ regionunda dağıdıcı hərbi əməliyyatlar müharibənin vaxtının uzanmasına və coğrafiyasının genişlənməsinə səbəb olur. Əlavə iştirakçılar qatılır. Nəticədə Dağlıq Qarabağ regionundakı müharibənin Şimali Qafqaza keçirilməsinə şərait yaranır  və RF bunun qarşısını ala bilmir. “İsgəndər”lərin işə düşməsi Türkiyə, İran və Gürcüstanda xof yaradır. Beləliklə, “İsgəndərlərin qısa müddət ərzində neytrallaşdırılması məsələsi aktuallaşır. Bunun üçün də ən yaxşı variant Dağlıq Qarabağ münaqişəsi regionunda başlanmış müharibənin Şimali Qafqaza keçirilməsidir. Şimali Qafqaz ərazisində müharibə yarada bildiyi üçün antiRusiya qüvvələr S.Sərkisyana siyasi və maliyyə dəstəyi verəcəklər”.

Politoloq qeyd edib ki, S.Sərkisyanın aşağı düşmüş nüfuzunu və reytinqinin bərpası istiqamətində addımlar atılacaq:

“Ənənəvi  saxtakarlıq və silahlı toqquşmalar variantında keçirilmiş parlament seçkilərini Qərb demokratik seçkilər kimi dəyərləndirəcək. Hakim “Respublika” partiyasının azad, şəffaf və ədalətli seçkilər nəticəsində qalib gəldiyini bəyan edəcəklər. Ermənistana investisiya vədləri veriləcək.

Aydın görünür ki,  bütün bu işləri Ermənistan üçün Rusiyanın rəqibləri edəcəkdir. Ermənistan Rusiyadan aldığı silahı Rusiyanın əleyhinə çevirə bildi. Rusiyanın tarixi səhvi ən lənətlənmiş düşməni olan Ermənistana silah verməsidir. Ona görə, Rusiya hadisələrin mahiyyətini indi başa düşüb və Ermənistana bir-birinin dalınca nümayəndə heyətləri göndərir. Ermənistan dayanmayacaq. Çünki Ermənistana lazım olan hər şeyi S.Sərkisyan antiRusiyaçılıq vasitəsilə əldə edə bilər”.

1news.az

Paylaş:
648

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər