Heydər Əsədovun Qərb rayonlarının sakinləri ilə görüşünün vaxtı dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əsədovun Qərb rayonlarının sakinləri ilə görüşünün vaxtı dəyişib

13:36 - 14 / 03 / 2017
Heydər Əsədovun Qərb rayonlarının sakinləri ilə görüşünün vaxtı dəyişib

Kənd təsərrüfatı naziri Heydər Əsədovun mart ayının 17-də  Ağstafa  rayonunda Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü aprel ayının 7-nə keçirilib.  

1news.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsinə (050-213-25-23) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

1news.az

Paylaş:
576

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər