Nazirlik: Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan səhralarından gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan səhralarından gəlib

15:26 - 14 / 03 / 2017
Nazirlik: Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan səhralarından gəlib

Son günlər paytaxtda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan səhralarından gəlib.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının  sanitar normadan artıq  olduğu müəyyən edilib.

Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları  ilə, əsasən də  cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.

Qeyd olunub ki, əlverişsiz meteoroloji şəraitlə bağlı martın 14-də atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və  prosesin  martın 15-dən zəifləyəcəyi ehtimal edilir.

1news.az

 

Paylaş:
697

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər