Yavər Camalov Pakistanın Azərbaycandakı səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Yavər Camalov Pakistanın Azərbaycandakı səfirini qəbul edib

18:07 - 14 / 03 / 2017
Yavər Camalov Pakistanın Azərbaycandakı səfirini qəbul edib

Martın 14-də müdafiə sənayesi naziri Yavər Camalov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Səid Xan Mohmandı qəbul edib.

1news.az-ın məlumatına görə, görüş zamanı nazir Y.Camalov Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib. 

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Pakistanın Azərbaycandakı hərbi attaşesi polkovnik Seyid İmran Əli də görüşdə iştirak edib.

1news.az

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər