Cocuq Mərcanlıda məktəb binasının və 31 evin bünövrəsi qoyulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlıda məktəb binasının və 31 evin bünövrəsi qoyulub

18:58 - 14 / 03 / 2017
Cocuq Mərcanlıda məktəb binasının və 31 evin bünövrəsi qoyulub

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına uyğun olaraq tikinti işləri sürətlə davam etdirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, inşaat işlərinə 30-a yaxın texnika, 100-dən çox işçi cəlb edilib. İş icraçısı Gülməmməd Veysəlovun bildirdiyinə görə, artıq məktəb binasının və 31 evin bünövrəsi qoyulub. Yaxın 10 gün ərzində digər 19 evin də təməli atılacaq. Kənddə birinci mərhələdə tikiləcək 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlı olacaq. Növbəti mərhələdə daha 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur

Tikintidə çalışanların əhval-ruhiyyəsi yüksəkdir. Hörgü işləri aparan Şahin Nemətov deyib: “Can-başla işləyirik. O gün olsun ki, digər şəhər və kəndlərimiz də işğaldan azad edilsin və orada tikinti işləri aparaq”.

Kənd ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işi də davam etdirilir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirib ki, 36 gün ərzində Cocuq Mərcanlı kəndində 1 milyon 106 min kvadratmetrdən çox ərazi yoxlanılıb. 22 ədəd partlamamış hərbi sursat, 4 ədəd piyada əleyhinə “OZM-72” mina və 32 ədəd tank əleyhinə mina (8 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda kəndin əkin sahələrinin və ətraf ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

1news.az

Paylaş:
1070

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər