Almaniya səfiri Quba və Qusara səfər edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Almaniya səfiri Quba və Qusara səfər edib – FOTO

10:28 - 14 / 03 / 2017
Almaniya səfiri Quba və Qusara səfər edib – FOTO

9-10 mart tarixlərində səfir Mixael Kindsqrab Azərbaycanın şimal rayonları, Quba və Qusara səfər edib.

1news.az-a Almaniyanın Azərbaycandakı Səfirliyindən verilən xəbərə görə, səfir hər iki rayonun icra başçıları: Yaşar Məmmədov və Şair Alxasovla, eləcədə digər rayon nümayəndələri ilə görüşüb və region ilə tanış olub.

Səfir Qubada xalça sənəti ilə məşhur olan bu bölgənin ən qədim xalça manufakturasını ziyarət edib. Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov səfir Kindsqrabı qəsəbə ətrafında gəzinti zamanı qəsəbənin tarixi və etnik qrupun həyat tərzi ilə əlaqədar məlumatlandırmışdır. Etnik azlıqların məskunlaşdığı Qusarda da etnik müxtəliflik əsas müzakirə mövzusu olmuşdur. Azərbaycanın şimal rayonlarından görünür ki, Qafqazda etnik, mədəni və dini müxtəlifliyi olan etnik qrupların sülh şəraitində birgə yaşayışı mümkündür və Azərbaycanda bu tətbiq olunur.

Səfir Kindsqrab Azərbaycan qış turizminin mayakı olan Şahdağ turizm kompleksində də olub.

O, Şahdağ Turizm Mərkəzinin vitse-direktoru Rövşən Cahangirovla kompleksin inkişafı və Azərbaycanın turizm potensialı ilə əlaqədar müzakirə etmişdir. Turizmdən başqa təbii ki, kənd təsərrüfatı da Quba və Qusar regionun ən inkişaf etmiş sahələrindəndir və bu səbəbdən cənab Kindsqrab məşhur Quba almasının dadına baxmya bilməzdi.

Səfərin sonunda səfir Qusarda „OKI“ xəstəxanasında olmuşdur. Bu xəstəxana təqribən 20 il əvvəl Almaniyanın iştirakı ilə tikilmiş və buradakı cihazlar əsasən Almaniyadan gətirilmişdir. Qusarın aparıcı klinikalarından olan bu xəstəxana Almaniyanın „yaşlı ekspertlər xidməti“ ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində müntəzəm olaraq Almaniyadan gələn həkimlər bu klinikada işləyirlər.

Qeyd edək ki, Mixael Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

1news.az

 

Paylaş:
779

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər