ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək

10:33 - 14 / 03 / 2017
ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq aparacaqlar.

1news.az

 

Paylaş:
401

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər