Bakıda "Agromall Yaşıl Market” yarmarkası açılacaq
Mart ayının 19-u, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsində yerləşən “Agromall Yaşıl Market” yarmarkasının açılış mərasimi keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb, yarmarka ən müasir texniki avadanlıqlarla təchiz olunub.
Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunmuş yarmarkaya dəvət olunur.
Məlum üçün bildiririk ki, “Yaşıl Market”də yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniş tələb olunmayacaq.
1news.az
1589