Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb

13:15 - 18 / 03 / 2017
Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na dəyişiklik edib.

1news.az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

Mədəniyyət və incəsənət ixtisasları qrupuna “İnstrumental ifaçılıq (musiqi alətləri üzrə)”, “Xanəndəlik”, “ Vokal ifaçılığı (sahələr üzrə)”, “Aşıq sənəti”, Dirijorluq (növlər üzrə)”, “Bəstəkarlıq”, “Musiqi tarixi”, “Musiqi nəzəriyyəsi”, “Populyar musiqi və caz ifaçılığı”, “Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə)”, “Aktyor sənəti (sahələr üzrə)”,  “Dekorativ sənət (sahələr üzrə)”, “Rejissorluq (sahələr üzrə)”, “Operator sənəti (sahələr üzrə)”, “Rəngkarlıq (sahələr üzrə)” , “Qrafika (sahələr üzrə)”, “Heykəltəraşlıq” və “Dizayn (sahələr üzrə)”ixtisasları əlavə edilib. Texniki və texnoloji ixtisaslar qrupuna isə neft-qaz mühəndisliyi üzrə “Yatağın qiymətləndirilməsi və idarə olunması”, kimya mühəndisliyi üzrə “Neft və qaz texnologiyası” ixtisasları əlavə edilib.

Beləliklə, ali təhsilin magistratura səviyyəsi üzrə mədəniyyət və incəsənət ixtisasları qrupunda ixtisasların sayı 2 dəfəyə qədər artırılıb. İndiyə qədər bu qrup üzrə ali təhsilin magistratura səviyyəsində cəmi 46 ixtisas olub. Dəyişikliyə əsasən bu qrupp üzrə 18 yeni ixtisas yaradılıb.

1news.az

Paylaş:
814

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər