Yevlaxda poliqondan 40 mm-lik silah qumbarası tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda poliqondan 40 mm-lik silah qumbarası tapılıb

12:10 - 27 / 03 / 2017
Yevlaxda poliqondan 40 mm-lik silah qumbarası tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Yevlax rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Yevlax rayonunun Aran qəsəbəsinin Goran poliqonu adlanan əraziyə baxış keçirilib.

Baxış zamanı 1 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25PM) aşkar edilib, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib, nəticə etibarilə 3 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 27 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 5 001 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 257 209 kv.m ərazi (475 670 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

1news.az

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər