Dahi bəstəkar Asəf Zeynallının doğum günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Dahi bəstəkar Asəf Zeynallının doğum günüdür

12:39 - 05 / 04 / 2017
Dahi bəstəkar Asəf Zeynallının doğum günüdür

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının doğum günüdür.

1news.az xəbər verir ki, Asəf Zeynallı 1909-cu ildə Dərbənddə dünyaya gəlib.

O, 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929-1931 illərdə A.Zeynallı türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar.

Azərbaycan musiqi tarixində ilk romanslar A.Zeynallının adı ilə bağlıdır. A.Zeynallı həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib.“Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. A.Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.

Görkəmli bəstəkar 1932-ci ildə ağır xəstəlikdən vəfat edib. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

1news.az

Paylaş:
722

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTOBu gün, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya XidmətiBu gün, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHIBu gün, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRARBu gün, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edibBu gün, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıbBu gün, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürübBu gün, 15:13DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02
Bütün xəbərlər