Taxıl zəmisində 10 kiloqramdan artıq narkotik maddə tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Taxıl zəmisində 10 kiloqramdan artıq narkotik maddə tapıldı

21:28 - 06 / 04 / 2017
Taxıl zəmisində 10 kiloqramdan artıq narkotik maddə tapıldı

Cəlilabadda taxıl zəmisində xeyli miqdarda narkotik maddə aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ əməkdaşları tərəfindən Xanəngah kəndi ərazisindəki taxıl zəmisinə baxış keçirilib.

Baxış zamanı orada gizlədilən 6 kiloqram 775 qram heroin və 3 kiloqram 530 qram tiryək aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər