Dennis Sammut Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı praktiki addımlar təklif edir
Tərəflər “dördgünlük müharibə” adlandırdığı, 2016-cı ilin 1-4 aprelində baş vermiş hərbi qarşıdurmadan düzgün nəticələr çıxarmadı.
Bu qənaətə Londondakı LINKS analitika mərkəzinin rəhbəri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyən Avropa İttifaqının təşəbbüsü – EPNK konsorsiumuna daxil olan təşkilatın eksperti Dennis Sammut gəlib.
CommonSpace.eu saytında dərc edilən məqaləsində müəllif qeyd edir ki, hazırda münaqişə tərəfləri – Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə həlli variantına ciddi yanaşmalıdır.
Sammut yazır ki, Azərbaycan Ordusunun ermənilər tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanda qələbə kimi qəbul edilir. Ermənistanda isə aprel hadisələrini ordunun hərbi gücünün artırılması üçün səbəb kimi qiymətləndirirlər.
Lakin ekspert tərəfləri xəbərdarlıq edir: Azərbaycan üçün işğal olunmuş ərazilərin azad edilməsi çoxlu sayda əsgərlərin həlak olmasına, Ermənistanda isə – erməni ordusunun hazırki imkanları cəfəngiyyatdır:
“Ermənistanın Dağlıq Qarabağı işğal altında saxlaması uğursuzluqdur. Dünyanın heç bir ölkəsi heç vaxt davam edən erməni işğalına dəstəyini göstərməyib, Azərbaycanın bu itki ilə razılaşması ehtimalı isə sıfıra bərabərdir”.
Analitikin fikrincə, özünün arxasında Rusiya və digər dövlətlərin qarışması ilə bağlı yeni müharibə ssenarisi bu münaqişəni sonsuz edə bilər. Belə ki, Rusiya burada aparıcı oyuncu rolunda çıxış edir (ATƏT-in Minsk qrupunun vasitəçilərindən biri olaraq).
D.Sammut hesab edir ki, hazırda beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməlidir. Bunun Dağlıq Qarabağın gələcək statusu ilə bağlı kreativ ideyanın işləyib hazırlanması ilə etmək mümkündür:
“Prosesin sonunda Dağlıq Qarabağın statusu sülh yolu ilə həll olunması məsələsi dayansa da, lakin bu, ümumi konsepsiyanın işlənib hazırlanmasını dayandırmamalıdır”.
O, hesab edir ki, bu, erməni və azərbaycanlı sakinlərinin təhlükəsizliyinə təminat verən, eləcə də istər Ermənistanla, istərsə də Azərbaycanla sərhədlərin açılması üçün multietnik yaranma olmalıdır.
Sonda isə Dennis Sammut Ermənistan və Azərbaycanın həyata keçirməsi üçün altı praktiki addımı sadalayır:
- Hadisələrin inkişafı üçün sülh yolu ilə həlli variantını seçməli və bu istiqamətdə hərbi istiqamətdə olduğu kimi irəliləmək;
- Tərəflər XİN başçılarının rəhbərliyi altında xüsusi mütəxxəsislər təyin etməlidir. Bu, danışıqlar prosesinə təkan verə bilər və məsələni digər xarici siyasət məsələsindən fərqləndirə bilər. Eləcə də danışıqların siyatətdənkənar səviyyədə aparılması proseslərə daha çox hərəkətlilik verə bilər.
- Tərəflər 20 nəfərlik qrup təyin edə bilər. Bu qrup beynəlxalq vasitəçilərin köməyilə danışıqlara başlamağa yardımçı ola bilər. Ekspertlər qrupu bir-birilə ilkin mərhələdə görüşməyə də bilər, lakin onlar işləməyə başlamalıdır.
- Etimad tədbirlərinin yaradılması prinsipini qəbul və bu istiqamətdə ideyaların hazırlanması üçün meydanlar yaradılmalıdır.
- Hərbi ssenarinin müsbət və mənfi tərəflərinin müzakirə etmək üçün açıqlığı təşviq etmək;
- Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını debatlardan kənar saxlamamaq;
- “Vacibdir ki, 2016-cı ilin aprelində həlak olan əsgərlər boş yerə olmasın. Onların ölümü hər kəsi inandırmalıdır ki, gələcək – müharibə deyil, sülhdür”, - deyə Dennis Sammur qeyd edir.
1news.az