Əl yükündə pnevmatik tapança keçirmək istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Əl yükündə pnevmatik tapança keçirmək istədi

16:48 - 07 / 04 / 2017
Əl yükündə pnevmatik tapança keçirmək istədi

Azərbaycana əl yükündə soyuq silah keçirmək istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə “Heimann X-Ray” markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində “MP 654K Cal. 4.5 mm” yazıları əks olunan 1 ədəd T0192493 pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1669

Son xəbərlər

Bütün xəbərlər