Mübariz Əhmədoğlu: Bütün arqumentlər Sərkisyan üçün antirusiyaçılığın Dağlıq Qarabağdan daha vacib olduğunu sübut edir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Bütün arqumentlər Sərkisyan üçün antirusiyaçılığın Dağlıq Qarabağdan daha vacib olduğunu sübut edir

11:15 - 10 / 04 / 2017
Mübariz Əhmədoğlu: Bütün arqumentlər Sərkisyan üçün antirusiyaçılığın Dağlıq Qarabağdan daha vacib olduğunu sübut edir

Prezident S.Sərkisyan və müdafiə naziri V.Sərkisyan həm NATO, həm də KTMT ilə əməkdaşlığının faydalı olduğunu bildirməkdə davam edirlər. Onların fikrincə, Ermənistan NATO-da əldə etdiyi təcrübəni KTMT-yə keçirə bilər. Ermənistan NATO ilə Rusiya arasında dialoq kanalı olmaq niyyətindədir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın NATO və KTMT ilə əməkdaşlığı məsələsi ilə bağlı  xəbəri şərh edərkən bildirib:

“Ermənistanın NATO-KTMT münasibətləri barədə dedikləri Dağlıq Qarabağ məsələsində S.Sərkisyan komandasının təhtəlşüur mövqeyinin göstəricisidir. NATO Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi prinsipləri əsasında tənzimlənməsini rəsmi şəkildə, açıq mətnlə dəstəkləyir. NATO-nun  Buxarest (2008), Lissabon (2010),  Çikaqo (2012), Nyu-Port (Cənubi Uels, 2014) və Varşava (2016) sammitlərinin əsas rəsmi sənədi olan yekun bəyannamələrinə baxmaqla bunu aydın görmək olur. 

KTMT-nin Dağlıq Qarabağ tənzimlənməsində belə mövqeyi heç zaman olmayıb. Dağlıq Qarabağ tənzimlənməsində hər iki qurumu birləşdirən cəmi bir ifadə var: Bu münaqişə dinc yolla tənzimlənməlidir”.

Politoloq qeyd edib ki,  NATO Ermənistanda qrant layihələri reallaşdırır. Vətəndaş cəmiyyətinin bir qismi NATO-nun qrantları hesabına ailəsini dolandırır:

“NATO-nun Ermənistanın vətəndaş cəmiyyətinə ayırdığı qrantların illik miqdarı 100 min dolları ötüb keçmir. NATO digər işlərlə də məşğuldur. Amma bu işlərin Ermənistan üçün maliyyə və ya siyasi dəyəri o qədər də böyük rəqəmlə ölçülmür.

ATƏT-in Yerevan ofisi nizamnaməsində olmayan fəaliyyətlə məşğul olduğu  (minasızlaşdırma üzrə proqram reallaşdırırdı) üçün bağlanıb. NATO-ya etimad fondu yaradılır və bunun vasitəsilə minasızlaşdırma sahəsindəki ATƏT-in Yerevan ofisinin yarımçıq qalmış işini davam etdirəcək.

Ermənistan sülhməramlılarının NATO tərkibində iştirakı da siyasi xarakterlidir. Çünki sülhməramlılığa Ermənistanın münasibəti siyasi və dini məsələdir. Kəsab (Suriya, 2014) hadisələri zamanı RF prezidenti V.Putin Suriyadakı erməniləri qorumaq məqsədi ilə Ermənistana Suriyaya sülhməramlı yeritməyi təklif etdi və buna əsas yaratdı. Amma Ermənistan prezidenti S.Sərkisyan V.Putinin təklifini rədd etdi. Hətta Suriyaya erməniləri müdafiə məqsədi ilə gedən keçmiş Qarabağ döyüşçülərini aeroportda həbs etdirdi. 2014-cü ildə Suriya məsələsində ABŞ-ın mövqeyi Rusiyanın mövqeyindən xeyli güclü idi”.

Mübariz Əhmədoğlunun fikrincə, NATO Dağlıq Qarabağ mövzusunda Ermənistana dəstək verməyib:

“Ermənistanda Türkiyənin NATO üzvü olmasını bilirlər. Buna baxmayaraq Ermənistan üçün NATO ən əsas qurumdur. NATO-nun Rusiyaya qarşı mövqeyi sərtləşdikcə Ermənistan NATO-ya daha yaxınlaşır. Bütün arqumentlər S.Sərkisyan üçün antiRusiyaçılığın Qarabağ məsələsindən daha vacib olduğunu sübut edir. Ermənistan NATO-nun Gürcüstandakı “Ləyaqətli tərəfdaş-2017” təlimlərində iştirak edəcəkdir. Bu halda Ermənistanın apardığı siyasətin mahiyyətinin Dağlıq Qarabağ deyil, antiRusiyaçılıq olduğu aydın şəkildə görünür. Rusiyanın dövlət və ictimai-siyasi həyatında erməniərin geniş iştirakı prezident S.Sərkisyanın Rusiya əleyhinə apardığı siyasətin tanınmasna imkan vermir”.

1news.az

Paylaş:
634

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər