Aeroportdan Şahdağ və Qəbələyə dəmir yolu çəkiləcək - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aeroportdan Şahdağ və Qəbələyə dəmir yolu çəkiləcək - VİDEO

21:38 - 11 / 04 / 2017
Aeroportdan Şahdağ və Qəbələyə dəmir yolu çəkiləcək - VİDEO

Bakıdan Qəbələyə eyni zamanda Qusar rayonuna dəmir yolu xətti çəkilə bilər.

1news.az xezerxeber.az-a istinadən məlumat verir ki, bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açıqlayıb.

İqtisadçılar isə hesab edir ki, bu layihə həm turizm, həm də nəqliyyatın inkişafına təkan verə bilər.

Bakıdan Qəbələyə və Qusara dəmir yolu xətti çəkiləcək. Azərabaycan Dəmiryolları qapalı səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov verdiyi məlumaya görə hazırda bu xətlərin layihələndirilməsi həyata keçirilir.

İqtisadçı Vüqar Bayramov bildirir ki, layihənin həyata keçirilməsi üçün Asiya İnkişaf bankı və digər beynəxalq qrumlardan rahatlıqla kredit cəlb etmək mümkündür. Daha sonra buradan əldə edilən gəlirlər, həm borcu qaytarmaq, həm də əlavə gəlir əldə etmək mümkündür.

Bununla yanaşı qarşıdakı 3 il ərzində ölkə daxili dəmiryol nəqliyyatında da yeniliklərin edilməsi gözlənilir.

Hazırda Bakı-Tblisi-Qars və Astara - Rəşt dəmiryolu xətlərinin inşası davam etdirlir. Bu xətlərin inşası başa çatdıqdan sonra Bakıdan Naxçıvana və Türkiyəyə qatarla getmək mümkün olacaq.

1news.az

 

Paylaş:
1535

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər