Azərbaycanda “mentalitetin” əsas xüsusiyyətləri: Bakıdakı hostel kimi qane etmirdi?
Sosial şəbəkələrdə Azadlıq prospektində yerləşən binalardan birindəki hostelin qəfildən bağlanması böyük rezonans doğurub. Belə ki, Freedom hosteli üç aydan bir qədər çox fəaliyyət göstərirdi.
Prinsipcə bu və ya digər bir obyektin bağlanmsında diqqətçəkən məqam yoxdur. Bir şərtlə ki, obyekt qanuni olaraq fəaliyyət göstəribsə və heç bir qanun pozuntularına yol verilməyibsə.
Bağlanan hostelə gəlincə, burada vergidən yayınma halı, qonşuların daimi şikayəti və ya digər qaydaların pozulması: təhlükəsizlik və yanğından mühafizə və s. heç biri baş verməyib.
Lakin məlum olub ki, sözügeən hostelin bağlanmasının tək səbəbi: “menatalitetimizə uyğun gəlməməsidir”.
Həqiqətən də bu, mümkündür?
Məsələdən xəbərsiz olanlar üçün qısa olaraq qeyd edək: bu ilin yanvarında gənc sahibkar Cəmiddin Murtuzayev Freedom adlı hosteli açır. Onun fikrincə, hostelin adı turizmin mahiyyəti ilə ahəgdarlıq təşkil edib. Eləcə də obyektin adı dövlət başçısının gənc sahibkarlar qarşısında qoyğudu məsələyə də uyğundur.
Xatırladaq ki, Prezident İlham Əliyev sahibkarları azbüdcəli mehmanxanaların tikilməsinə daha çox səy göstərməyə çağırıb. Hostellər isə məlum olduğu kimi, çoxlu turist axını üçün müvəqqəti yaşayış məkanı üçün əlçatandır.
Dövlət başçısı məhz azbüdcəli mühmanxanalar şəbəkəsinin genişləndirilməsi üçün dəfələrlə özəl sektora müraciət edib. Buna görə də Cəmiddin Murtuzayev biznesinin ölkəyə xeyir gətirəcəyindən əmin idi.
Gənc sahibkarın biznesi tez bir zamanda inkişaf etməyə başlayır: demək olar ki, bir neçə həftə içində Freedom məşhurlaşır. Burada bir neçə həftə öncə yerlər sifariş olunurdu.
Məlum olduğu kimi, son zamanlar ölkəmiz turist axını ilə qarşılaşıb. Müxtəlif ölkələrdən olan blogerlər ölkəmizin səfalı guşələrindən çəkilmiş foto və videolarla potensial turistlərin diqqətini çəkir.
Freedom hosteli çoxlarını bir neçə səbəb görə cəlb edib: rahat yerləşmə, əlverişli qiymət, peşəkar rəhbərlik, yaxşı xidmət. Hosteldə bir yerin qiyməti 15-20 dollardır. Avropa, Çin, Ukrayna, Rusiya, hətta ABŞ-dan olan turistlər öz dostlarına Bakıda qalmaq üçün buranı məsləhət görür. Son zamanlara qədər hosteldə yer sifariş etmək mümkün idi.
Əlavə edək ki, hostellər adətən gecələmək üçün yerdir. Bir çox turstlər üçün bu, olduqca əlçatandır. Təəssüflər olsun ki, bunu bir çoxları başa düşmür. Bir çoxları hostelləri “əxlaqsızlıq yuvası” ilə səhv salır. Hazırkı hadisədə bu yerin adını və məkanın mahiyyətini bir yaşlı kişi səhv salır. Belə ki, həmin adam hər nə olursa olsun, hostelin bağlanmasını istəyir. Və sonda istəyinə nail olur. Burada belə bir sual yaranır – Nə üçün?
Məsələ burasındadır ki, çoxsaylı şikayətlər yoxlanılır. Həm polis, həm FHN tərəfindən yoxlanılan hosteldə nə “əxlaqsızlıq yuvası”, nə “kamikadzelər”, nə də “partlayış və yanğın təhlükəsi” aşkarlanmır. Başqa sözlər desək, sahibkar qanun pozuntusuna yol verməyir. Lakin bütün bunlara baxmayaraq hostel bağlanır. Qeyd edək ki, bu hosteldən başqa digər hostellərlə və ya onun sahibkarı ilə bağlı hər hansı bir şikayət qeydə alınmayıb.
Polis işi məhkəməyə göndərir
DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məsələyə şərh verərkən 1news.az-a bunları bildirir:
“Çoxmərtəbəli evlərdə hostellərin yerləşdirilməsi bir çox hallarda sakinlərin narazılığına səbəb olur. Hazırki hadisədə dördmərtəbəli evin 2 mərtəbəsi mehmanxana kimi fəaliyyət göstərir. Lakin binanın girş qapısı eynidir – bundan istər sıravi vətəndaşlar, istərsə də əcnəbilər istifadə edirdi. Bundan əlavə, çox zaman turistlər evə gec saatlarda gəlirdilər, musiqiyə qulaq asaraq səs-küy salırdılar. Bu da qonşulara narahatlıq verirdi. Hazırki hadisədə qonşular hostelin onlara verdiyi rahatsızlıqdan şikayətlənirdilər. Polis işi məsələyə aydınlıq gətirməsi üçün məhkəməyə göndərib”.
Və sonda sözlərinə əlavə etdi ki: “Hostellər mentalitetimizə uyğun deyil”.
Məhkəməyə gəlincə. Həqiqətən də hansısa obyektin bağlanması üçün ilkin olaraq məhkəmənin qərarı lazımdır. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycanın Turizm Assosiasiyasının (АzTa) sədri Nahid Bağırova üz tutduq:
“Hazırda cənab Prezident otel biznesilə bağlı, eləcə də hostellərin lisenziyalarını ləğv edib. Hostelin açılması üçün sahibkar vergi xidmətində qeydiyyatdan keçməlidir. Əgər həmin obyekt fəaliyyət göstərirsə, o zaman hüquqi nöqteyi-nəzərdən hər şey qaydasındadır. Eləcə də hostelin sahibkarı hansısa qanun pozuntusuna yol veribsə, oranı məhkəmənin qərarı ilə bağlamaq olar. Bu hadisədə isə vəziyyət anlaşıqsızdır.
Cənab Prezident dəfələrlə hostellərin açılmasını bildirib. Belə çıxır ki, gənc sahibkar dövlət başçımızın istəyini yerinə yetirməsilə heç bir hadisədən sığortalanmır. Bu da turizm sahəsində sahibkarlığın inkişafı üçün problemlər yaradır. Çünki sabah heç kəs bu cür risklər etmək istəməyəcək. Axı bütün sərmayəsini biznesə yatıran hansı ağıllı insan bunu edər? Çünki sabah bu biznes heç bir səbəb olmadan bağlana bilər.
Freedom hostelindəki yerlər müxtəlif ölkələrdən olan turistlər tərəfindən bron edildiyi üçün təəsəvvür etmək çətin deyil ki, sahibkar hansı vəziyyətdədir. Çünki o, turistlərə verdiyi ziyanı qarşılamalıdır. Bundan əlavə bu ölkənin imicinə də xələl gətirir.
Hostelin sakinlərinin birdən-birə küçəyə atılması hiddətləndiricidir. Təkrar edirəm: hostelin bağlanmasıyla bağlı xəbəri yalnız və yalnız məhkəmə verə bilər. Və yalnız bundan sonra obyektin fəaliyyətinin dayandırılması mümkündür. Faktiki olaraq başqa bir mənzərə ilə qarşılaşmışıq ki, buna da məntiqi açıqlama vermək çətindir.
Assosiasiyamız Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə məsələnin aydınlaşdırılması və gələcəkdə bu cür halların qarşısını almaq üçün məktub göndərib. Ümid edirəm ki, Freedom hostelilə bağlı məsələ müsbət həllini tapacaq. Çünki mən şəxsən bu hostelin sahibkarı Cəmiddin Murtuzayev üçün kədərlənirəm. O, booking.com-la əməkdaşlıq edir, hostelin böyük tələbatı var və qəfildən bağlanır. Ümid edirəm ki, hostelin fəaliyyəti bərpa olunacaq”.
Hostelin sahibi Cəmiddin Murtuzayevlə əlaqə saxladıq, o hostelin bağlanması faktını təsdiqlədi. Lakin o, bizi digər xəbərlə təəccübləndirdi: heç bir məhkəmə olmayıb, müvafiq olaraq da məhkəmə qərarı olmayıb:
“Məhkəmə haqda heç bir məlumatım yoxdur. Sadəcə şikayətlər, özü də bir qonşu tərəfindən şikayət faktı var. O, kollektiv şikayət yazıb və kollektiv olaraq bu şikayəti sadəcə olaraq o, və oğlu imzalayıb. Qonşular arasında o peşəkar şikayətçi kimi nüfuza malikdir və bir çoxları ondan çəkinir.
Başqa sözlə desək, mən ondan zərər görən nə birinci, nə də sonuncu insanam. O, bir çox qonşularla məhkəməlik olub. O, qəsdən çox adamla münasibətləri korlayaraq qalmaqal yaradır daha sonra isə həmin şəxsi məhkəməyə şikayət edir. Məhkəmələrdən birini keçən həftə uduzub.
Bizim məsələyə gəlincə, təkrar edirəm: heç bir məhkəmə olmayıb. Aprelin 5-də Nəsimi rayon Polis İdarəsinin nümayəndələri sadəcə olaraq bağlayıblar. Həmin gündən işləməyə qoymurlar. Sözün əsl mənasında qonşumuz bizi güdür: kimsə gələn kimi dərhal polisə zəng edir. İndi sadəcə olaraq gözləyirik. Qapı üzərindəki yazımız çıxarılıb. Qonaqlara vəziyyəti izah etməyə çalışırıq və onları digər hostellərə yerləşdirməklə məşğuluq.
Aprelin 10-dək bizi heç kəs eşitmirdi. Həmin günü Nəsimi rayon Polis İdarəsinin nümayəndələri gələrək axtarış apardılar, əmin oldular ki, burada heç bir əxlaqsızlıq yuvası yoxdur. Lakin buna baxmayaraq işləməyə imkan vermədilər. İnanmaq istərdik ki, bu, müvəqqətidir. Hələlik vəziyyət çox mürəkkəbdir”.
Murtuzayev həmçinin qeyd edib ki, ABŞ-dan olan turistlə (Devid Encel) vəziyyət daha xoşagəlməzdir. Belə ki, o hostelin bağlanması ilə əlaqədar gedəcək yeri və həmçinin pulu (bank kartını ititirb) yoxdur.
“Sabah Devid Encelin adına sifariş verdiyimiz məktub gəlməlidir. Hazırda Encel səyahət edir. Bildiyim qədərilə o, Gürcüstandadır. Təəssüf edirəm ki, bu cür hadisə məhz bizimlə, bizim hosteldə baş verib...”
Mentalitet və qanunvericiliklə bağlı bir neçə söz
Onları sevməyənlər üçün bir neçə söz demək istədik. Hostellər – turistlərin qısa zamanda qalması üçün yaşayış məkanıdır. Əsasən də bura yataq yerlədir ki, burada digər imkanlar göstərilmir. Hostellərin vacibliyini dövlət başçımız dəfələrlə vurğulayıb.
Bununla yanaşı, bir çox vətəndaşlar hostellər və Azərbaycan anlayışlarının bir-birinə zidd olduğunu hesab edir. Məhz hostellərin “mentalitetimizə uyğun gəlmədiyini bildirirlər”. Bunun nə ilə uyğun gəlmədiyinə bir qədər aydınlaşdırmaq istərdik.
Bəs nə üçün mentalitet şəhərin mərkəzində yerləşən “zirzəmilərdəki barları” rahatlıqla qəbul edir? Qismətdən bağlanan hostelin qarşısında bir neçə bar var.
Və nəhayət: belə halda ölkədəki turizmi necə inkişaf etdirmək olar? Eləcə də “nikah şəhadətnaməsi” tələb edən beşulduzlu otelləri tikməklə?
Ən başlıcası isə: Əgər sabah hansısa sahibkar bu cür problemlə qarşılaşarsa, dövlət başçısının sahibkarları büdcəli turizmin inkişafı ilə bağlı sərəncamını necə icra etmək olar?
Əgər hostellərin evlərdə açılışı qanuna uyğun deyilsə, bu qanunda öz əksini tapmalıdır.
Belə olan halda qonşular “mentalitetə” arxalanmayaraq, qanuna söykənə bilərlər...
1news.az