Dövlətə 8 milyon borcu olan sahibkar kimdir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?

17:40 - Bu gün
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?

Azərbaycanda dövlətə 8 milyon manat vergi borcu olan sahibkarla bağlı qərar ləğv edilib.

1news.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə prokurorun protestini və mülki iddiaçı - Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədovun şikayətini əsaslı hesab edib.

Sahibkar Arif Asif oğlu Yusifov taxıl, qarğıdalı, evkalipt yağı, süd əvəzediciləri və sair kimi malların idxalı və ölkə ərazisində satışı ilə məşğul olub. O, əsasən Rusiya Federasiyasından, Qazaxıstandan və müəyyən miqdarda Türkiyədən malları idxal edib satışını həyata keçirib.

Bu fəaliyyət nəticəsində Yusifovun dövlətə 8 milyon 464 min manat vergi borcu yaranıb. Həmin borc ödənilmədiyi üçün sahibkar cinayət məsuliyyətinə cəlb edilib.

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər