İstintaq təcridxanasına ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstintaq təcridxanasına ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev16:58 - Bu gün
İstintaq təcridxanasına ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb

2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilən 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər