Türkiyədə növbəti İran raketi zərərsizləşdirildi - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə növbəti İran raketi zərərsizləşdirildi - RƏSMİ

Qafar Ağayev14:07 - Bu gün
Türkiyədə növbəti İran raketi zərərsizləşdirildi - RƏSMİ

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.

1news.az xəbər verir ki, bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:

"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir".

Paylaş:
154

Son xəbərlər

Bütün xəbərlər