Şimali Baltik Səkkizliyi ölkələrinin XİN nümayəndələri Ermənistandan Azərbaycana yollanıblar | 1news.az | Xəbərlər
Siyasət

Şimali Baltik Səkkizliyi ölkələrinin XİN nümayəndələri Ermənistandan Azərbaycana yollanıblar

09:44 - Bu gün
Şimali Baltik Səkkizliyi ölkələrinin XİN nümayəndələri Ermənistandan Azərbaycana yollanıblar

Şimali Avropa və Baltikyanı ölkələrin əməkdaşlıq formatının (Şimali Baltik Səkkizliyi, NB8) Xarici İşlər nazirliklərinin nümayəndələri Ermənistandan Azərbaycana yollanıblar.

1news.az xəbər verir ki, bu barədə "Report" diplomatik mənbəyə istinadən xəbər verir.

Məlumata görə, Bakıya səfər çərçivəsində nümayəndə heyəti ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, daha əvvəl Ermənistanda Şimali Avropa və Baltikyanı ölkələrin nümayəndələri dövlət qurumları, parlament, vətəndaş cəmiyyəti, analitik mərkəzlər və jurnalistlərlə bir sıra görüşlər keçiriblər. Müzakirələr zamanı seçkilər, regional təhlükəsizlik, eləcə də bir sıra ortaq mövzular və dəyərlər müzakirə olunub.

Bundan əlavə, nümayəndə heyəti Ermənistan-Türkiyə sərhədinə baş çəkib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər