Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

12:33 - 12 / 04 / 2017
Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

1news.az APA-ya istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara qəsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

1news.az

Paylaş:
519

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər