Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var

13:30 - 13 / 04 / 2017
Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər