Meteoroloqlar: Dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlar: Dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

13:11 - 14 / 04 / 2017
Meteoroloqlar: Dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq  yarada bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin  aprelin 14-dən 15-nə keçən gecə  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək,  günün ikinci yarısında mülayim  şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12, gündüz 16-20, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 15-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi- meteoroloji proqnoza görə, aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq  yarada bilər. 

Babək Cahandarov

 

Paylaş:
689

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 11 / 2025, 17:29
Bütün xəbərlər