“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz altıncı cildi çapdan çıxıb | 1news.az | Xəbərlər
Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz altıncı cildi çapdan çıxıb

19:10 - 14 / 04 / 2017
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz altıncı cildi çapdan çıxıb

“Ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir. Bölgədə gedən proseslər Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Bizim iştirakımız olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, milli maraqlarımız təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir”.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 36-cı cildində yer alan bu fikirləri dövlətimizin başçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş nitqində söyləyib.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin aprelindən iyulunadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısının Belçika Krallığına, Çex Respublikasına işgüzar səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlarına, Brüsseldə Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə “Azərbaycan: Avropa İttifaqı üçün getdikcə əhəmiyyəti artan tərəfdaşlıq” mövzusunda keçirdiyi görüşünə, Praqada “Şərq tərəfdaşlığı” və “Cənub dəhlizi – Yeni İpək Yolu” sammitlərində iştirakına dair materiallar yer alıb. Kitabda, həmçinin Prezident İlham Əliyevin Sankt-Peterburqa işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Dmitri Medvedevlə danışıqlarına, Ermənistan prezidenti Serj Sarkisyanla görüşünə dair materiallar verilib.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Polşa prezidentləri ilə görüşlərinə, Bakıda Rusiyanın Dövlət Televiziya Kanalının “Vesti v subbotu” verilişinə müsahibəsinə, ABŞ, Fransa, Böyük Britaniya, Niderland, Türkiyə, İsveçrə, Pakistan və digər ölkələrin, Dünya Bankı, Avropa Komissiyası, Avropa İttifaqı, NATO, ATƏT və s. təşkilatların, xarici şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da nəşrin bu cildinə daxil edilib.

Bütün görüş və danışıqlarda Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini və bunun acı nəticələrini diqqətə çatdırıb, dünya dövlətlərini Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Nəşrin 36-cı cildində Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə əlaqədar Gəncə şəhərinə, Göygöl, Şəmkir və Gədəbəy rayonlarına səfərləri, bu bölgələrin sosial, iqtisadi və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxış və tövsiyələri, paytaxtımızda aparılan yenidənqurma işləri ilə yaxından tanışlığına dair materiallar da verilib.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 36-cı cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

1news.az

Paylaş:
636

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər